“Balkanlardakı dini münaqişələr uzun müddətdir ki, regionda gərginlik və qeyri-sabitlik mənbəyi olub”.
Elchi.az Mk.ru-ya istinadn xəbər verir ki, bu fikirləri “Seattle Time” qəzetinin yazıçısı Ceyms Stavridis deyib.
O, iddia edir ki, Rusiya Balkan ölkələrini hədəf alaraq NATO-nun diqqətini Ukraynaya dəstək verməkdən yayındırmaq istəyir. Stavridisin fikrincə, Kosovoda qoşunların sayının artırılması Rusiyanın niyyətlərinə qarşı effektiv tədbirdir.
“Putin Ukrayna ilə bu yarımçıq hekayədən faydalanmağa çalışır. O, bilir ki, NATO-ya üzv ölkələr Balkanlara nəzarəti geri qaytarsalar, onlar Ukraynanı dəstəkləməkdən yayındırılacaqlar”, – deyə müəllif yazır.
C.Stavridis əmindir ki, Putin Balkan ölkələri arasında iğtişaşları qızışdırmağa çalışır. Və NATO batalyonlarının Ukrayna ərazisində yerləşdirilməsi ideyası çətin ki, baş tutsun. Beləliklə, Kosovoya yerləşdirilən qoşunların sayının artırılması strateji məna kəsb edir.
Yeganə






