NATO-nun yaranmasından bəri ən böyük hava təlimi başa çatıb.
Elchi.az xəbər verir ki, Almaniyanın ev sahibliyi ilə sabah başa çatacaq “Hava Müdafiəçisi 2023” “təslim edilən hava manevri”nə Türkiyənin də daxil olduğu 25 ölkədən 250 təyyarə və 10 mindən çox aviator qatılıb.
Türkiyə Hərbi Hava Qüvvələrinə aid 3 F-16 təyyarəsinin iştirak etdiyi təlimdə NATO üzvü olmayan iki ölkə İsveç və Yaponiya olub.
Almaniya hava məkanında və Şimal dənizində təlim keçirmək üçün təkcə ABŞ-dan Almaniyaya 110-a yaxın təyyarə gəlib. Amerika təyyarələri ölkənin 35 müxtəlif əyalətindən havaya qalxıb. Bu təyyarələr Avropaya 380 tondan çox hərbi ləvazimat gətirib.
Atlantik okeanını keçərək Almaniyadakı bazalara enən təyyarələrə NATO ölkələrindən 80, beynəlxalq tərəfdaşlardan isə 60 təyyarə daxil edilib. Hava manevrləri zamanı təyyarə 1200-dən çox uçuş həyata keçirib.
Daxil olan hava elementləri arasında nəqliyyat təyyarələri, kəşfiyyat və müşahidə təyyarələri, vertolyotlar, eləcə də döyüş təyyarələri kimi bir çox element olsa da; F-35, Eurofighter, F-18, F-16, A-10, Gripen kimi təyyarələr müxtəlif missiyalar yerinə yetirib.
Nuranə Məmmədova





