Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edirəm.
Elchi.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq deyib.
O, həmçinin, qeyd edib ki, rus qoşunları Ukrayna ərazisindən geri çəkilmir, sadəcə mövqelərini dəyişir: “Rusiya Ukraynanın şərqindəki Donbass bölgəsində öz hücumunu yenidən qruplaşdırmağa, genişləndirməyə və gücləndirməyə çalışır”.






