Oktyabrın 11-də NATO-Ukrayna Şurasının iclası keçirilib. Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq tədbirdən sonra bu barədə danışıb.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Görüş iştirakçıları Ukraynanın NATO-ya üzvlük yolunda prioritetlərini, o cümlədən uzunmüddətli uyğunluq və müdafiə təchizatını müzakirə ediblər. Stoltenberq hərbi əməliyyatların davam etdiyi bir vaxtda Ukrayna hakimiyyətinin korrupsiya ilə mübarizə səylərini yüksək qiymətləndirib.
O, həmçinin bildirib ki, NATO Ukraynanın qarşıdan gələn qışdan sağ çıxması üçün dəstəyi artıracaq.
Bundan əvvəl keçmiş Amerika kəşfiyyatçısı Skott Ritter Ukrayna prezidenti Volodimir Zelenskinin Yens Stoltenberq, həmçinin Fransa və Böyük Britaniyanın müdafiə nazirləri ilə görüşünü şübhə ilə şərh edib. Ritter qeyd edib ki, görüşdə real sülh təklifi rədd edilib, NATO rəsmiləri Ukraynanı alyansa qoşulmağa təşviq ediblər.
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd, Florida qubernatoru Ron DeSantis deyib ki, Ukraynanın NATO-ya qoşulması ABŞ üçün lazım deyil və onun maraqlarına uyğun gəlmir.
Yeganə




