NATO-nun baş katibi Yens Stoltenberq ABŞ və bəzi Qərb ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya F-16 qırıcıları təhvil vermə qərarını “yaxşı fikir” kimi qiymətləndirib və Ukraynaya özünümüdafiə məsələsində kömək etmənin heç bir nəticə verməyəcəyini deyib.
Elchi.az xəbər verir ki, Stoltenberq Aİ ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə iştirak edib.
Görüşdən əvvəl jurnalistlərin suallarını cavablandıran Stoltenberq Ukraynaya hərbi dəstəyin artırılması və sürətləndirilməsi ilə bağlı Avropa İttifaqının müdafiə nazirləri ilə fikir mübadiləsi aparacaqlarını bildirib.
Stoltenberq Ukraynaya F-16 döyüş təyyarələrinin verilməsi qərarını yaxşı fikir hesab edirmi sualına belə cavab verib: “Məncə, bu, yaxşı fikirdir. Almaniya da daxil olmaqla, bəzi NATO ölkələrinin (Ukraynalı) pilotların hazırlanmasına başlaması qərarını alqışlayıram”,-deyib.
Stoltenberg, “Ukraynanın özünümüdafiə hüququ var. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit edilmişdir. Biz Ukraynaya bu haqqı dərk etməyə kömək edirik. Hücum qarşısında onlara BMT qaydalarını, beynəlxalq hüququ müdafiə etməkdə kömək etmək bizim haqqımızdır”,-ifadələrini işlədib.
Nuranə Məmmədova






