Ukraynanın alyansa daxil olmasının ABŞ üçün faydası mümkün risklərdən azdır.
Elchi.az xəbər verir ki, ABŞ üçün Kiyevin alyansa üzv olmasının faydaları mümkün risklərdən qat-qat az olduğuna görə NATO Ukraynaya qapını bağlamalıdır. Bu barədə Amerikanın “Foreign Affairs” nəşri məlumat yayıb.
Nəşrin müəllifləri hesab edirlər ki, Ukraynanın Şimali Atlantika Alyansına qəbul edilməsi Rusiya ilə birbaşa münaqişə və onun ağır nəticələri arasında “qaranlıq seçim” ehtimalını artıra bilər.
Bundan əlavə, müşahidəçilər Ukraynadakı münaqişə səbəbindən formalaşan resurs çatışmazlığı problemini qeyd ediblər. Məqalədə deyilir ki, Vaşinqton təkcə öz ərazisində deyil, Asiyada da küncə sıxışdırıla bilər.
Şayəstə Hüseynova




