Prezident Vladimir Zelenskinin qəbulun “absurd” gecikməsini tənqid etməsindən sonra NATO dövlətləri Ukraynanın “müttəfiqlər razılaşdığı və şərtlər yerinə yetirildiyi zaman” hərbi alyansa qoşula biləcəyini bildirib.
Elchi.az bu barədə “BBC News”-a istinadən xəbər verir.
Cənab Zelenski daha əvvəl demişdi ki, görünür, Ukraynanı NATO-ya dəvət etməyə və ya üzv qəbul etməyə “hazırlıq yoxdur”.
O, hazırda sammitin keçirildiyi Litvanın paytaxtı Vilnüsdədir.
Kiyev Rusiya ilə müharibədə olduğu müddətdə NATO-ya qoşula bilməyəcəyini qəbul edir, lakin döyüşlər bitdikdən sonra mümkün qədər tez qoşulmaq istəyir.
NATO rəhbəri Yens Stoltenberq bildirib ki, müttəfiqlər Ukraynanın NATO-ya üzv olacağını bir daha təsdiqləyiblər və rəsmi üzvlük fəaliyyət planına olan prosedur ehtiyacından əl çəkməyə razılaşıblar.
“Bu, Ukraynanın üzvlük yolunu iki mərhələli prosesdən bir addımlı prosesə dəyişəcək”, – o deyib.
NATO öz kommünikesində Ukraynanın “alyansa getdikcə daha çox qarşılıqlı fəaliyyət göstərdiyini və siyasi cəhətdən inteqrasiya etdiyini” və həmçinin islahatlarda irəliləyiş əldə etdiyini bildirib. Üzv dövlətlər gələcək islahatları dəstəkləyəcəklər.
Stoltenberq çərşənbə günü NATO-Ukrayna Şurasının ilk iclasında cənab Zelenski ilə görüşəcək.
Sammit Türkiyənin İsveçin hərbi alyansa qoşulmasına qarşı çıxmasından bir gün sonraya təsadüf edir.
Türkiyə daha əvvəl aylar ərzində İsveçi kürd yaraqlılarına ev sahibliyi etməkdə ittiham edərək, onun müraciətini bloklamışdı. Artıq ölkə aprel ayında Rusiya ilə həmsərhəd olan Finlandiyadan sonra alyansın 32-ci üzvü olacaq.
Hər iki ölkə NATO-ya üzv olmaq niyyətini Rusiyanın Ukraynaya müdaxiləsindən sonra açıqlayıb.
Nuranə Məmmədova






