Şimali Atlantika Alyansı ölkələri Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya yardımı gücləndirəcək. Elchi.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun Bratislavada keçirilən Buxarest Nine sammitində çıxışı təşkilatın saytında yayımlanıb.
Onun sözlərinə görə, sammitdə qəbul ediləcək qərarlar əhəmiyyətli olacaq. “Biz Ukraynaya yardımı çoxtərəfli paketlə gücləndirəcəyik ki, bu da bizə Ukrayna qüvvələrini NATO standartlarına köçürməyə və Ukraynanı NATO-ya yaxınlaşdırmağa imkan verəcək”.
Bundan əvvəl bildirilmişdi ki, NATO xarici işlər nazirləri Vilnüsdə keçiriləcək illik sammitə qədər Ukraynanın üzvlük məsələsində konsensus əldə etməyə çalışırlar.
Havar Şəfiyeva





