NATO ölkələrinin liderləri Litvanın paytaxtı Vilnüsdə keçirəcəkləri sammitdə başda Ukrayna olmaqla bir çox mövzuda mühüm qərarlar imzalayacaqlar.
Elchi.az xəbər verir ki, NATO Sammiti iyulun 11-12-də Vilnüsdə, Rusiya sərhədindən təxminən 300 kilometr aralıda keçiriləcək.
Sammitdə apreldə Finlandiyanın iştirakı ilə sayı 31-ə yüksələn üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, İsveç və Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya liderləri də iştirak edəcək. Ukrayna prezidenti Vladimir Zelenskinin də sammit üçün Vilnüsə gedəcəyi açıqlanıb.
1990-cı ildə Sovet İttifaqından çıxan və 2004-cü ildə Alyansa qoşulan ilk respublika olan Litvada müzakirə ediləcək mövzular arasında Rusiya ilə müharibəsi davam edən Ukrayna birinci gəlir.
Nuranə Məmmədova





