“NATO-nun siyasət kursu risklidir və silahlı toqquşmalar həddinə çata bilər”.
Elchi.az Tass-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO ölkələrinin Rusiyanın“qırmızı xətlərimizə” məhəl qoymaması, Ukrayna məsələsində Rusiya ilə qarşıdurmaya girmək kimi “dağıdıcı” kursu son dərəcə risklidir:
“Ən mühüm vəzifələrdən biri nüvə silahına malik dövlətlər arasında hər hansı müharibənin yolverilməzliyi postuna sadiq qalmaqdır. Lakin NATO buna məhəl qoymur”.
Ryabkov Rusiyanın hansı şərtlər altında nüvə silahından istifadə edə biləcəyini də xatırladıb:
“Rusiya nüvə silahından dövlətin mövcudluğuna təhlükə yarandıqda təcavüzə cavab olaraq istifadə edəcək”.
Yeganə




