Nəşrin məlumatına görə, onlar “Amerika ərazisi”ni ölkədən çıxarmaq niyyətindədirlər.
Elchi.az xəbər verir ki, ABŞ və NATO Rusiya ilə sərhədə hərbi texnika ötürmək üçün Yunanıstanın bütün limanlarını “almağı” planlaşdırır. Belə ki, Birləşmiş Ştatların Nəqliyyat Komandanlığı Yunanıstanın bütün limanlarında stevedor işləri üçün tender elan edib. Bu barədə “Rizospastis” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, ABŞ və Qərb dövlətləri ölkəni “Amerika ərazisi”nə çevirmək və Rusiya Federasiyası ilə sərhədə texnika ötürmək üçün bir gün belə sərf etməyiblər.
Belə ki, seçkilərdən bir gün sonra, iyunun 26-da ABŞ “bazar” şirkətlərini öz təkliflərini nəzərdən keçirməyə dəvət etdi ki, Pirey, Saloniki, Aleksandrupolis, Volos, Kavala və digər limanlara podratçılar təyin edilsin. Onlar ABŞ-ın yük və sursatlarını Mərkəzi və Şərqi Avropaya daşımaq üçün 2029-cu ilə qədər istifadə edə biləcəyi bütün zəruri infrastrukturu təmin etməlidirlər.
Şayəstə Hüseynova





