"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Naxçıvan Gömrük Baş İdarəsinə təyin olunan rəis kimdir?

29 Noyabr 2022 - 12:24
in GÜNDƏM

Xəbər verdiyimiz kimi, Naxçıvan Gömrük Baş İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Vüqar İsmayıl oğlu Əliyevə tapşırılıb.
Elchi.az xəbər verir ki, o, 24 noyabr 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1996-cı ildə Bakı şəhəri, Yasamal rayonu 158 saylı orta məktəbdən məzun olub. 2000-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 2002-ci ildə isə magistratura pilləsini idarəetmə istiqaməti üzrə fərqlənmə diplomları ilə bitirib.
30 dekabr 2002-ci ildə Bakı Dövlət Universitetində “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə əyani aspiranturaya daxil olub, 2005-ci ildə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin tənzimlənməsində gömrük tariflərinin tətbiqi problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 7 fevral 2006-cı il tarixli qərarı ilə ona iqtisad elmləri namizədi alimlik dərəcəsi verilib.
2007-2011-ci illərdə isə V.Əliyev Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə tam kursunu fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə Bakı şəhər İcra Hakimiyyətində mütəxəssis vəzifəsində başlayıb, daha sonra aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirib.
2006-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində işləyib.
2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışıb.
Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Komitə rəhbərliyi tərəfindən gömrük orqanında səmərəli fəaliyyətinə görə barəsində dəfələrlə həvəsləndirici tədbirlər görülüb, Fəxri fərmanlarla təltif edilib. Eyni zamanda Komitə sədrinin müvafiq əmrlərinə əsasən 2016-cı ildə “Gömrük Xidməti Əlaçısı”, 2019-cu ildə “Gömrük orqanlarında xidmətə görə” III dərəcə, 2020-ci ildə isə “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanları ilə təltif edilib.
Ümumdünya Gömrük Təşkilatının Baş katibi tərəfındən sertifikata layiq görülüb.
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli 2631 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Komitə sədrinin müvafıq əmrlərinə əsasən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 iyul 2016-cı il tarixli qərarı ilə dosent elmi adı verilib.
1 monoqrafiyanın, 2 kitabın, 2 tədris proqramının və 35-dən artıq elmi məqalənin müəllifidir.
Evlidir, iki övladı var.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putinin ən yaxın adamı istefa verdi

Next Post

Zurabyan: Nikol səhv etdi, Bakı cəzalandıracaq

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Zurabyan: Nikol səhv etdi, Bakı cəzalandıracaq

Zurabyan: Nikol səhv etdi, Bakı cəzalandıracaq

İran “düşmənlə əməkdaşlığa” görə cəzanı artırır

İran “düşmənlə əməkdaşlığa” görə cəzanı artırır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.