"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Naxçıvan prokurorluğunda iclas: tapşırıqlar verildi

17 Yanvar 2023 - 16:33
in GÜNDƏM

2022-ci il ərzində qanunların icra və tətbiq olunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları tərəfindən görülmüş işlərə dair kollegiya iclası keçirilib.
Elchi.az xəbər verir ki, kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının Prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq ötən il ərzində görülmüş işlərlə bağlı ətraflı məlumat verib, ölkə Prezident cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis olunmasının, aparılan struktur islahatlarının prokurorluq orqanlarının da fəaliyyətini günün tələbləri səviyyəsində qurmalarına geniş imkanlar açacağını, insanların sosial rifah halının yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.
Sonra Şərur, Babək və Culfa rayon prokurorları çıxış edərək aidiyyəti üzrə görülmüş işlər haqqında məlumat veriblər.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini, baş ədliyyə müşaviri Sənan Paşayev çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət və müasir dövrün reallıqlarına uyğun islahatlar ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına, cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə, dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsinə xidmət edib. Dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində ölkəmizdə digər qurumlar və sahələrlə yanaşı Azərbaycan Prokurorluğu orqanlarında da idarəçiliyin təkmilləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində operativliyin təmin edilməsi istiqamətində nəzərəçarpacaq dəyişiklər müşahidə edilməkdədir. Məhz bu sahədə görülən işlərin bir mərhələsi olaraq Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun müasir tələblərə cavab verən yeni strukturu təsdiq edilib və bundan sonra Baş prokuror Kamran Əliyev tərəfindən Azərbaycan Prokurorluğunun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun da yeni strukturu formalaşdırılıb.
Vurğulanıb ki, bu gün ölkəmizin digər bölgələri ilə yanaşı Naxçıvan Muxtar Respublikası da ölkə başçısı cənab İlham Əliyevin hərtərəfli inkişaf strategiyası ilə əhatə olunub və insanların hüquqlarının qorunması, sosial rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atılmaqdadır. Naxçıvan Muxtar Respublikası Prokurorluğu da muxtar respublikada insanların hüquq və azadlıqlarını qorumaqla, daxil olan müraciətlərə obyektiv və operativ şəkildə baxıb qanuni və əsaslı qərarlar qəbul etməklə, baş vermiş cinayət hadisələrinin vaxtında qeydə alınmasını, qanunlara riayət edilməsini təmin etməklə, Prezident tərəfindən həyata keçirilən davamlı inkişafa, məqsədyönlü və uğurlu islahatlara öz töhfəsini verməlidir.
Bunun üçün muxtar respublika prokurorluğu orqanlarının əməkdaşları vətəndaşların müraciətlərinə baxılması, cinayət xarakterli müraciətlərin araşdırılması, törədilmiş hər bir əmələ obyektiv hüquqi qiymətin verilməsi, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarətin gücləndirilməsi istiqamətində öz fəaliyyətlərini daha da təkmilləşdirməli və bu sahədə Azərbaycan Respublikasının qanunlarını, aidiyyəti digər normativ aktların tələblərini, Azərbaycan Respublikası Baş prokurorunun əmr, göstəriş və tapşırıqlarını rəhbər tutmalıdırlar.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kliçko: Kiyev üçün yaxşı xəbərlər olacaq

Next Post

DGK-nın idarə rəisi işdən çıxdı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
DGK-nın idarə rəisi işdən çıxdı

DGK-nın idarə rəisi işdən çıxdı

Hindistanın Ermənistandakı səfirinin adı məlumdur

Hindistanın Ermənistandakı səfirinin adı məlumdur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.