Naxçıvan sakini yeni texnika icad edib (FOTO)

Bunu da oxuyun

Naxçıvan sakini yeni texnika icad edib

Şahbuz rayon Ağbulaq kənd sakini Mirhəsən Tahirov yeni texnika ixtira edib.

Elchi.az Naxcivantv.az-a istinadən xəbər verir ki, olduqca yığcam və manevrli olan yeni kənd təsərrüfatı texnikası əkin sahəsində işləri yüngülləşdirməyə və əl əməyindən istifadənin azaldılmasına imkan verir. İxtiraçının sözlərinə görə, kiçik həcmli motora malik olan texnika gün ərzində 2 litr yanacaq işlədir ki, bu da çox əlverişlidir. İş maşınının üstün cəhətlərindən biri dağlıq ərazilərdə rahat hərəkət etməsidir.

“Birinci düzəltdiyim texnikanın funksiyası elə də çox deyildi, ona görə də onu daha da təkmilləşdirməyə qərar verdim. Mənim hər işimə kömək edir, yük daşımaq, şum qaldırmaq, əkin sahəsinə gedib-gəlmək”,- deyən Mirhəsən Tahirov texnikanı daha da təkmilləşdirmək niyyətindədir.

Qeyd edək ki, Mirhəsən Tahirov astronomiya üzrə fəlsəfə doktorudur, hazırda Ağbulaq kənd tam orta məktəbində fizika müəllimi işləyir.

Qaynarinfo.Az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728