Azərbaycan Hava Yolları aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarına gəlib.
Bu barədə Elchi.az-a Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən bildirilib.
Təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...




