"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Naxçıvanda nazirlərin adları niyə gizlədilir?

15 Dekabr 2022 - 22:28
in GÜNDƏM

Sabah Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri təyin edilməsinin 27 illiyi tamam olur.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, Vasif Talıbov bu vəzifəyə 1995-ci ildə Namiq Həsənovun yerinə seçilib. Naxçıvan MR Azərbaycanın hüquq sistemi çərçivəsində idarə edilsə də, buradakı idarəetmə forması barədə ictimaiyyət o qədər də məlumatlı deyil. Son günlərdə Muxtar Respublikada keçirilən əməliyyatlar çərçivəsində müxtəlif vəzifəli şəxslərin saxlanılması da, bu məsələni gündəmə gətirib. Naxçıvan MR-nın Ali Məclisinin və Nazirlər Kabinetinin saytında bu qurumların rəhbər şəxsləri barədə məlumatlar demək olar ki, yoxdur.

Belə ki, Naxçıvan MR-nın saytında yalnız baş nazir Səbuhi Məmmədov və baş nazirin birinci müavini Elşad Əliyevin adları qeyd olunub. Kabinetə daxil olan nazirliklərin rəhbər şəxsləri, eləcə də digər müavinlər barədə rəsmi mənbələrdə məlumatlara rast gəlmək mümkün deyil. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin saytında isə kabinet üzvlərinin (nazirlər, dövlət komitələri və dövlət xidmətlərinin rəhbərləri) adları ardıcıllıqla qeyd edilib.

Maraqlıdır ki, Naxçıvan Nazirlər Kabinetinin saytında yayımlanan rəsmi xəbərlərdə də Talıbovun nazirlərlə kollektiv şəklini tapmaq olmur, bütün müşavirələr təkcə Ali Məclisin Sədrinin şəkliylə yayımlanıb.

Naxçıvan MR-nın Nazirlər Kabinetinin internet resursunda yalnız aparatın məsul şəxslərinin qəbul günləri bölməsində buraya daxil olan şöbələrin müdirlərinin adını tapmaq olar. Buradan məlum olur ki, Naxçıvan Nazirlər Kabinetində aşağıdakı şöbələr var:

Aqrar məsələlər və ekologi̇ya şöbəsi – Mübari̇z Bayramov (şöbə müdiri)

Humani̇tar və sosi̇al məsələlər şöbəsi̇ – Sevi̇nc Cabbarova (şöbə müdiri)

İqti̇sadi̇yyat şöbəsi – Zahi̇d Qənbərov (şöbə müdiri)

Hüquq şöbəsi – Gülçi̇n Dünyamaliyev (şöbə müdiri)

Aparat – Aləm Bağırov (aparat rəhbəri)̇

Ti̇ki̇nti̇, sənaye və energeti̇ka şöbəsi – Ni̇had Qurbanov (şöbə müdiri)

Ümumi̇ şöbə – Fəri̇d Babayev (şöbə müdiri)̇

Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan Ali Məclisi qarşısında hesabat verir. Muxtar Respublikada ən yüksək qurum Ali Məclisdir.

Qeyd edək ki, son bir ayda Bakıdan Naxçıvana getmiş xüsusi əməliyyat-istintaq qrupunun həyata keçirdiyi əməliyyatlar nəticəsində Naxçıvan Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov, eləcə də Naxçıvanın maliyyə naziri Rafael Əliyev və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib.

Bu proseslərin fonunda əvvəlki illərdə həbs edilən və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla münasibətlərinin yaxşı olmadığı bildirilən Naxçıvanın milli təhlükəsizlik naziri olmuş Vəli Ələsgərov məhkəmənin qərarı ilə cəza müddəti başa çatmadan azadlığa buraxılıb, sabiq daxili işlər naziri Əhməd Əhmədov isə həbsxanadan xəstəxanaya köçürülüb.

Xatırladaq ki, bu gün isə mediada Vasif Talıbovun uzunmüddətli məzuniyyətə göndərildiyi barədə məlumat yayılıb. (Qafqazinfo)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

XİN rəhbəri: Ermənistan tərəfi ilə görüş planlaşdırırıq!

Next Post

Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri ilə bağlı qaydalara dəyişiklik edilib

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri ilə bağlı qaydalara dəyişiklik edilib

Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri ilə bağlı qaydalara dəyişiklik edilib

Misir yeni neft və qaz yataqlarının kəşfiyyatı üçün 8 milyard dollar ayırıb

Misir yeni neft və qaz yataqlarının kəşfiyyatı üçün 8 milyard dollar ayırıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.