"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazarbayev əsas “maneə” idi, aradan götürdülər

06 Yanvar 2022 - 16:59
in MANŞET

1990-cı ilin yanvarında hansı ssenari vardı? Küçəyə çıxanın adı xalq idi. Həmin xalq da silahlanmışdı: armaturla, əl qumbaraları ilə. Bir də mərhum Xəlil Rzanın dediyi yumruqla silahlanmışdı. Şəhərdə öncə məchul şəxslər tərəfindən qondarma erməni ovu ssenarisi işə düşdü. Sonra da hamımız küçələrdə, barrikadalarda böyük dirəniş qələbəsini qeyd etməyə çıxdıq. Nəticədə Sovet ordusunun əsgərlərinin gülləbaranından başlayan fövqəladə vəziyyət və hakimiyyət dəyişikliyi… O zaman təkəldə olan məhdud informasiya məkanında xalq sözünü artıq ekstremistlərlə əvəz etmişdilər. Nəticədə Qarabağa yaxınlaşaq dediyimiz halda Qarabağdan daha bir addım uzaqlaşdıq. Ancaq 20 yanvarda tökülən qan az da olsa bizi dünya reallığını anlamağa yönəltdi. Az-çox ağlı başında olan insanlar Maltadakı gəmidə Buş-Qorbaçov görüşündən şübhələnməyə başladı.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Elchi.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Qazaxıstandakı proseslərlə bağlı qeyd edib.

O bildirib ki, bu, hazırda Xəzərin o tərəfinə boylanıb, Qazaxıstan faciəsinin sevincini yaşayanlar üçün sadə bir xatırlatmadır:

“Orada da eyni qaydada xalq ayağa qalxdı. Mövzunun nə dəxli var? Qarabağ da ola bilər, maye qaz da, qazlı su da, ağ un da! Öncədən artıq real hakimiyyətdə olmayan Elbaşı Nursultanın istefasını tələb etdilər. Bir neçə il sonra qazax qardaş-bacılarımız qəfildən bir-birindən mütləq soruşacaqlar: niyə məhz Nursultan?

Sonra polislərə hücum edildi. Maşınları, binaları yandırdılar. Molla Nəsrəddinin yorğan davasına bənzəyən bir ssenari baş tutdu. Dava Nursultan davası idi. Qonşunun qoşununun gəlməsi üçün əngəl olan Nursultan getməliydi. Nursuz, Sultansız Qazaxıstan lazım idi. Bütün informasiya vasitələrində dərhal tanıtımlar dəyişdi. Artıq xalqdan söhbət getmir. Təxribatçı, bandit, soyğunçulardan danışılır. Xalqın adından da kollektiv təhlükəsizlik qoşunlarını ölkəyə çağırdılar. Həm də xalqı qarətçilərdən, təxribatçılardan qorumaq üçün.

Nə olacaq? Heç nə! Belarusa nə oldu ki? Qazaxıstan da bu təlatümdən sonra kənardan özünüzü inandırdığınız demokratiya qatarı kimi yarı Şərq, yarı Qərb relsləri üzərindən şütüməyəcək. Bu ölkədə onsuz da Nursultanın iradəsi ilə Orta Asiya üçün mümkün olan demokratiya var idi. Ən azı isə addım-addım məqsədyönlü şəkildə gerçəkləşən qazax idealı vardı. Müstəqil qatar olmaq istəyən dövlətlərin xalqı camaat qafası ilə mühakimə yürüdəndə onun dövlətini də idarəsiz vaqon kimi başqa qatarlara qoşurlar.

Nursuz, Sultansız Qazaxıstanın maye qazı da olacaq, yemək-içməyi də! Bəlkə də daha çox olacaq. Ancaq burada türklərin Məkkəsi kimi Nursultanın yaratdığı Türküstan şəhərinin ruhu Qazaxıstanın canından uçub gedəcək… Haraya? Əlbəttə Kosmodroma – Baykanura! Amma Bayka Nur qazax üçün əsla Sultan Nur olmayacaq!

Xalqı da sevməliyik, dövləti də. Xalqı da yaşatmalıyıq, dövləti də.

Şuşa ilimizi, Zəngəzur yolumuzu yarımçıq qoymamaq üçün xalqın, dövlətin başından ayağınadək qan dövranının sağlam dolaşmasına məsuliyyət daşıdığımızı anlamalıyıq. Oxşar ssenariləri bizdə də kopyalamağa çalışırlar. Demokratiya çağırışlarına tanış zirehli qatarının fitinin qarışdığını az sonra sezəcəksiniz. Əgər qələbənin, xalqın, dövlətin, Şuşanın, Zəngəzurun dəyərini bilirsinizsə, məsuliyyətini daşıyırsınızsa, hökmən sezəcəksiniz!

Qazaxıstanda hələ ki, ağız deyəni qulaq eşitmir. Ağızla qulağın dialoqu gecikəndə belə olur. Dialoqa qayıtmalıyıq. Hər kəsin hər kəsə xalq qarşında, Vətən qarşısında, Dövlət qarşısında, şəhidlərimiz qarşısında borcunu xatırlatmaq üçün!”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məktəb-Lisey Kompleksi yenidən distant təhsilə keçib

Next Post

DİN: Direktorun şagirdləri döyməsi ilə bağlı video araşdırılır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
DİN: Direktorun şagirdləri döyməsi ilə bağlı video araşdırılır

DİN: Direktorun şagirdləri döyməsi ilə bağlı video araşdırılır

Azərbaycanda son sutkada 584 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib

Azərbaycanda son sutkada 584 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.