Nazarbayev bu vəzifəyə ömürlük başçılıq edəcək

Bunu da oxuyun

Qazaxıstan Senatının komitəsi prezident Nursultan Nazarbayevin ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, layihəni Senatın Konstitusiya qanunvericiliyi, məhkəmə sistemi və hüquq-mühafizə orqanları üzrə Komitəsi hazırlayıb və qəbul edib.

Qanun layihəsində qeyd olunub ki, Qazaxıstan Respublikasının birinci prezidentinin – Elbaşının tarixi missiyasına əsasən, Təhlükəsizlik Şurasına ömürlük başçılıq etmək ona məxsusdur.

Layihə Senatda da təsdiqlənməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstan Məclisi (parlamentin Aşağı Palatası) ikinci oxunuşda Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük başçılıq etməsi barədə qanun layihəsinin təsdiqləmişdi.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728