Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Astanada Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov ilə görüşüb.
Elchi.az Qazaxıstan XİN-nin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə “EXPO-2017” sərgisinə hazırlıq və Azərbaycanın bu sərgidə iştirakı müzakirə olunub.
Görüş zamanı tərəflər Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu ilin payızında Azərbaycana planlaşdırılan səfərinə hazırlıq məsələsinə toxunublar.





