Qazaxıstanda keçmiş prezident Nursultan Nazarbayevin imtiyazları haqqında qanunun ləğv edilməsi planlaşdırılır.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin aşağı palatasının spikeri Yerlan Kaşanov bildirib.
Qeyd edək ki, sabiq prezident Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına və ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini ləğv edən qanunvericilik düzəlişlərini Qazaxıstan parlamentinin məclisi həyata keçirib.





