Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olan Kayrat Satibaldinin işində dövlət 14 milyon dolları qaytara bilib.
Elchi.az bu barədə Ria.ru-ya istinadən xəbər verir.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Kayrat Satibaldi və digər şəxslər barəsində aparılan araşdırmalar çərçivəsində ölkədən qanunsuz çıxarılmış, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul və digər əmlakın geri qaytarılması istiqamətində tədbirlər görülür.
“Mayın sonunda Korrupsiyaya qarşı mübarizə xidməti xarici ölkələrin hüquq-mühafizə orqanları ilə beynəlxalq əməkdaşlığı təmin edən Baş Prokurorluq ilə birlikdə BƏƏ-dən ümumilikdə 14 milyon ABŞ dolları məbləğində vəsaiti geri qaytarıb.
Sözügedən vəsait dövlət gəlirinə çevrilib və sosial məqsədlər üçün istifadə olunacaq”, – deyə məlumatda bildirilir.
Yeganə





