Hafta.az-a daxil olan məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Məzahir adlı qaynı intihar edib.Mənbənin həmin sayta verdiyi məlumata görə, o, özünü asıb. Hadisə ilə bağlı daha detallı məlumatın bir müddət sonra olacağı qeyd edilib.
Xəbəri dəqiqləşdirmək üçün N.İbrahimovun özü ilə əlaqə saxlamağa çalışılsa da, bu, mümkün olmayıb.
Güc strukturlarından isə Hafta.az-a bildirilib ki, bu gün belə bir məlumat əldə etməyiblər.
AzNews.az isə xəbər yayıb ki, Məzahir Cəfərov adlı həmin şəxs dünən paytaxtın Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb.
Məlumata görə, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı olduğu bildirilən və özünü asdığı iddia edilən M.Cəfərov “Sahil D” MTK-nın direktoru vəzifəsində çalışırmış…



