Müsahibəni ixtisarlarla təqdim edirik:
– Vaqif müəllim, o şeiri niyə çap etdirdiniz?
– İnsanın səhvi olur da. Bu da bir xəta idi.
– Yəqin ki, nazirin töhmətdən əlavə bununla bağlı sizə tövsiyyəsi, iradı oldu.
– Bunu etmək olmazdı da. Mənim altmış yaşım var, özüm də bilirəm. Məndən olsa bu barədə danışmazdım. Deyə bilərəm ki, haqqımda çıxarılan qərar düzgündür. O şeir çap olunmamalıydı.
– Bu addımınızı karyeranıza zərbə kimi dəyərləndirmək olarmı?
– (gülümsəyir) Bu, baş verməməliydi.
– Bəziləri deyirlər ki, o, şeirdən daha çox mədhiyyədir.
– Qətiyyən. Tanıyanlar bilirlər ki, mən məddahlıqdan uzağam və necə şəxsiyyətəm.
– Başqa bir fikir də var ki, sizin rəhbərlik etdiyiniz şöbədə vəziyyət yaxşı olmadığı üçün yazılıb. Yəni günahını yumaq məsələsi…
– Hamısı elə-belə söhbətlərdir.
– Vəzifəli şəxsə ithaf etdiyiniz ilk şeirdir?
– Mənim ithaflardan ibarət bir qəzet səhifəsi həcmində şeirlərim çıxıb. Qəzetlərdə var, gedin vərəqləyin. Hətta kitablarımın birində ayrıca ithaf bölməsi var və 40 adama şeir həsr etmişəm.
– Bundan sorna hansısa vəzifəli şəxsi şeir ithaf eədəcəksiniz?
– Şeir yazmaq məndən asılı olan iş deyil.
– Yəni bu, sizə dərs oldumu?
– Altmış yaşında…




