Məqsəd qadın zorakılığının qarşısını almaqdır
Hindistanın Madhya Pradesh əyalətində kütləvi toya qatılan nazir qadınlara qarşı şiddətin qarşısını almaq məqsədi ilə 700 gəlinə taxta dəyənək hədiyyə edib.
Dəyənəklərin üstündəki yazılar xüsusi diqqət çəkib. Təxminən 40 sm uzunluğundakı dəyənəklərin üzərində “Sərxoşları döymək üçün istifadə edilir” və “Polis müdaxilə etməyəcək” kimi yazılar həkk olunub.
Layihə çərçivəsində dəyənəkləri gəlinlərə şəxsən əyalət naziri Gopal Bhargava paylayıb. O, layihəni xüsusilə kənd yerlərində yaşayan xanımların ailədaxili şiddətə məruz qaldığını diqqətdə saxlamaq üçün gerçəkləşdirdiyini deyib.
Son illər Hindistanda alkoqolizm cinayətlərinin sayı artıb. Bununla bağlı, bəzi ştatlarda spirtli içkilərin satışına ümumiyyətlə qadağa qoyulub.(isipress)



