Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev vəzifəsindən azad edilib.
Elchi.az xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov əmr imzalayıb.
Nazirin digər əmri ilə o, Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edilib.
Aparat rəhbəri vəzifəsinə isə təyinat olmayıb.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




