"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazir: “Azərbaycan etibarlı enerji təchizatçısı rolunu davam etdirmək əzmindədir”

05 May 2022 - 15:17
in İQTİSADİYYAT

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda Nazirlərin Dəyirmi Masasında iştirak edib.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Energetika Nazirliyindən Elchi.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson arasında bu ilin fevralında keçirilən görüşdən sonra İttifaqla enerji dialoquna diqqət çəkib. Bildirib ki, enerji dialoqunun əsas istiqamətlərini enerji sektorunun karbonsuzlaşdırılması, enerji keçidi, enerji səmərəliliyi, Avropaya əlavə həcmdə qaz, o cümlədən hidrogen ixracı üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi, digər “yaşıl enerji” növlərinin istehsalı və ixracı təşkil edir.

Məlumata görə, nazir çıxışında dayanıqlı, əlverişli və təhlükəsiz enerji təchizatının təmin edilməsinin vacibliyinə diqqət çəkərək, bu problemin həllinin diversifikasiya, enerji təhlükəsizliyi və yaşıl keçid üçlüyü arasında seçim edilməsində deyil, onların balanslaşdırılmış vəhdətində olduğunu bildirib. Keçid prosesində karbohidrogen mənşəli ən təmiz enerji mənbəyi kimi təbii qaz və bərpa olunan enerji mənbələrinin əks qütblər kimi deyil, enerji təchizatının daha da şaxələndirilməsini təmin edən bərabər mövqeyə malik enerji resursları kimi çıxış edəcəyi qeyd edilib.

Bildirilib ki, Cənub Qaz Dəhlizi enerji böhranı zamanı Avropa istehlakçılarını fasiləsiz və sərfəli təbii qazla təmin etməklə qısa müddət ərzində öz strateji əhəmiyyətini sübuta yetirib və Azərbaycan həm region, həm də Avropa ölkələri üçün etibarlı enerji təchizatçısı kimi rolunu davam etdirmək əzmindədir: “İndiyədək TAP vasitəsilə Avropaya 11,6 milyard kubmetr qaz nəql edilib. Cari ilin ilk dörd ayında Avropaya tədarük edilən 3,5 milyard kubmetr Azərbaycan qazının 3,1 milyard kubmetri İtaliyanın, 0,3 milyard kubmetri Yunanıstanın, 0,1 milyard kubmetri isə Bolqarıstanın payına düşüb. Hazırkı ixrac tempi ilə Avropaya qaz tədarükümüzün ilin sonuna kimi 10 milyard kubmetrdən çox olacağı gözlənilir”.

Həmçinin, Azərbaycanın dekarbonizasiya və “yaşıl enerji”yə keçidlə bağlı planları və həyata keçirilən layihələr barədə də geniş məlumat verilib. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımızın da Avropa İttifaqı ilə mövcud mütərəqqi enerji dialoqunun daha da inkişaf etdirilməsi üçün böyük imkanlar yaratdığı, hazırda Xəzərin külək potensialının təxminən 7 qeqavatından istifadə edilməklə “yaşıl enerji” istehsalı və bir hissəsinin Gürcüstan və Rumıniya vasitəsilə Qara dənizdə sualtı elektrik kabeli ilə Avropaya ixrac edilməsinə dair yeni layihənin nəzərdən keçirildiyi diqqətə çatdırılıb.

Tədbir qaz təchizatının təhlükəsizliyi, regional elektrik bazarı, yaşıl enerjiyə keçid və gələcəyə baxış mövzularında 4 panel sessiya ilə davam edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Generallar saxta məlumatlarla Putini ALDADIRLAR

Next Post

Bu il 10 mindən çox şəxsə əlillik təyin olunub

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Aprel ayı üzrə bütün pensiya ödənişləri başa çatdırılıb

Bu il 10 mindən çox şəxsə əlillik təyin olunub

Azərbaycanda ölmüş şəxsi bir il “gizlədib” pensiyasını aldılar

Yeni pensiya konsepsiyası hazırlanır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.