"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Fövqəladə hallar uşaqların gözü ilə” – Foto

08 May 2023 - 14:09
in GÜNDƏM

Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi, “Heydər Əliyev İli”nə həsr olunmuş Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

8 may 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş “Heydər Əliyev İli”nə həsr edilən “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, BMT Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı nümayəndəsi Aleks Haykens, müsabiqənin qalibləri seçilmiş uşaqlar, o cümlədən Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin zəngin irsinin, onun müdrik ideyalarının uşaq və yeniyetmələr arasında təbliğ edilməsi, həmçinin onlara təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, uşaqların vətənpərvərlik ruhunda böyüməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzi və Muzeylə tanışlıqdan sonra “Heydər Əliyev İli”nə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin seçilmiş işlərindən təşkil edilmiş sərgiyə baxış olub.

Sərgi ilə tanışlıqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.

Daha sonra mükafatların təqdimetmə mərasimi keçirilib.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra tədbirdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu xatırladaraq, Dahi Rəhbərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə böyük ehtiramın bariz ifadəsi olan bu Sərəncamın böyük rəğbətlə qarşılandığını qeyd edib. Nazir vurğulayıb ki, Ulu Öndərin 100 illik yubileyi ilə bağlı istər respublikamızda, istərsə də ölkəmizdən kənarda keçirilən möhtəşəm silsilə tədbirlər bütün dünya azərbaycanlılarının öz Dahisinə necə dərin və sonsuz məhəbbət bəslədiyini bir daha parlaq şəkildə təcəssüm etdirir.

K.Heydərov çıxışında Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlər haqqında danışıb, Dahi Rəhbərin zamana sığmayan misilsiz fəaliyyəti, milli ruhun, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi yolunda atdığı qətiyyətli və tarixi addımlar barədə ətraflı məlumat verib.

Dahi Şəxsiyyət ömrünü bütövlükdə Azərbaycanın varlığına, onun müstəqilliyinin möhkəm dayaqlar üzərində bərqərar olaraq sürətli inkişafının təmin olunmasına sərf edib. Təsadüfi deyil ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövlər sosial-iqtisadi yüksəliş və tərəqqi dövrləri kimi tarixə qızıl hərflərlə daxil olub. Canından artıq sevdiyi Vətənini və xalqını tarixin çox çətin sınaqlarından böyük məharətlə çıxaran Ulu Öndər həm də vətəndaşların təhlükəsiz həyat və fəaliyyətinin təmin olunması məsələlərinə xüsusi həssaslıqla yanaşıb, baş verən fəlakətlər zamanı daim vətəndaşların yanında olub, onlara hərtərəfli dəstək nümayiş etdirib, bütün aidiyyəti dövlət qurumlarını fəlakətlərin nəticələrinin aradan qaldırılmasına səfərbər edib.

Çıxışında Dahi Rəhbərimizin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” müdrik fikirlərini xatırladan Kəmaləddin Heydərov əlavə edib ki, cəmiyyətimizin gələcəyi olan uşaqlara, o cümlədən şəhid övladlarına ulu öndər Heydər Əliyev daim böyük məhəbbət hissləri, diqqət və qayğı ilə yanaşıb, onların ən böyük himayədarı olub.

Nazir mütərəqqi Heydər Əliyev siyasətinin mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfəri qürur hissi ilə xatırladaraq, bu gün ölkəmizdə əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin uğurla davam etdirildiyini, dövlət başçısı tərəfindən uşaqların, o cümlədən şəhid övladlarının təhlükəsiz və sağlam mühitdə böyümələri, elmi biliklərə yiyələnmələri, Vətənini, xalqını sevən insanlar kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını diqqət çatdırıb. Bu mənada, qeyd edilməlidir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uşaqlar xüsusi qayğı ilə əhatə olunur, onların təhsili, təlim-tərbiyəsi, sağlamlığı daim diqqətdə saxlanılır.

Daha sonra nazir Fövqəladə Hallar Nazirliyi tərəfindən hər il keçirilən və artıq ənənə halını almış, bu il isə “Heydər Əliyev İli”nə həsr olunan “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin əhəmiyyətinə toxunub. Bu müsabiqənin uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, fərdi və ictimai təhlükəsizlik məsələlərinə məsuliyyətli yanaşma hissinin kiçik yaşlarından formalaşması, eləcə də onların vətənpərvər ruhda böyümələri üçün faydalı olduğunu qeyd edib.

Nazir K.Heydərov müsabiqə qaliblərini qalib ölkənin vətəndaşları kimi əldə etdikləri yüksək nəticələrə görə təbrik edərək, onlara təhsil və yaradıcılıq uğurları arzulayıb.

Sonra məktəblilərin ifasında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən, həmçinin milli vətənpərvərlik ruhunda bədii hissə təqdim olunub.

Daha sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərində təhsil alan uşaqların, o cümlədən şəhid övladlarının iştirak etdikləri yaradıcılıq müsabiqəsinə 6 fevral 2023-cü ildə start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Müsabiqəyə təqdim olunmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Yekun olaraq 36 nəfər birinci, 21 nəfər ikinci, 41 nəfər üçüncü yerə, 65 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”“Fövqəladə hallar uşaqların gözü ilə”
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Aİ Avropa Gününü çətin gündəmlə qarşılayır..

Next Post

Təsdiqləndi: Paşinyan buna görə Moskvaya getdi

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Təsdiqləndi: Paşinyan buna görə Moskvaya getdi

Təsdiqləndi: Paşinyan buna görə Moskvaya getdi

Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.