Xarici işlər naziri Hakan Fidan Maltanın paytaxtı Vallettaya səfər edib.
Elchi.az xəbər verir ki, xarici işlər naziri Fidan rəsmi səfərdə olduğu Maltada sabah xarici işlər, Avropa və ticarət naziri Yan Borqla görüşəcək.
Xarici işlər naziri Fidan Vallettada Malta prezidenti Corc Vella və baş nazir Robert Abela tərəfindən də qəbul ediləcək. Vallettada keçiriləcək görüşlərdə iki ölkə arasındakı əlaqələr və regional məsələlər, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri müzakirə olunacaq.
Nuranə Məmmədova






