İpoteka kreditləşməsinin bərpa olunacağı vaxt açıqlanıb.
Maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, sosial ipotekanın bərpası İpoteka Fondunun yenidən qurulması üzrə hüququ sənədlər hazır olandan sonra mümkün olacaq.
Nazir qeyd edib ki, büdcədə ipoteka üçün nəzərdə tutulan vəsait var: “İpoteka Fondunun yenidən qurulması üzrə müəyyən hüququ sənədlər hazırlanır və hazırda aidiyyatı səviyyələrdə baxılır. İş başa çatandan sonra ipoteka, o cümlədən sosial ipoteka kreditləşməsi davam etdiriləcək”.




