İşğal dövründə baş vermiş cinayətlər haqda açıq danışmalıyıq.
Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə Diplomatiya Həftəsinin açılış mərasimində deyib.
“Bəli, biz sülhsevər dövlətik, biz sülhsevər xalqıq, biz gələcəyə baxırıq. Amma gələcəyə baxmaq o demək deyil ki, biz keçmişi unutmalıyıq və tarixdən düzgün dərslər çıxarmamalıyıq”, – nazir vurğulayıb.





