Ragim Lətifovun atası Əhəd Lətifov vəfat edib
Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun ailəsinə ağır itki üz verib.
ANS PRESS-in məlumatına görə, Ragim Lətifovun atası Əhəd Lətifov dünyasını dəyişib.
Əhəd Lətifovun vəfatı ilə bağlı “Bakıelektrikşəbəkə” ASC İdarə Heytəinin sədri Baba Rzayev, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi, Azərbaycan respublikası İqtisadiyyat və Sənaye nazirliyinin rəhbərliyi və kollektivi, həmçinin Çingiz Məmmədov Ragim Lətifovun ailəsinə baş sağlığı verib.
Qeyd edək ki, Ragim Lətifov 1963-cü ildə Qəbələ şəhərində anadan olub. O, Azərbaycan Memarlıq və İnşaat Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Allah rəhmət eləsin!
ANS PRESS



