"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazir oğlunun xanım işçisinin qətli haqda şok məlumatlar – “Podruqası idi”

23 İyul 2014 - 13:08
in Kateqoriyasız

Anar Məmmədovun Natəvan Əliyevanın yüksəlişində rolu haqda şayiələr dolaşırimg1604580

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

11 gün əvvəl Nəsimi rayonundakı mənzilində “Qarant Sığorta” ASC-nin idarə heyətinin üzvü Natəvan Əliyeva öldürüldü. Vəhşicəsinə icra olunan qətllə bağlı istintaq Nəsimi Rayon Məhkəməsində başlasa da, az keçmədi ki, iş materialları Bakı Şəhər Prokurorluğuna aparıldı. Bu gün də cinayətin üstü açılmayıb. Bu isə müəyyən şübhələr yaradır.

Bakının hər tinində, az qala hər blokunda kameraların quraşdırıldığı bir vaxtda istintaqçıların yerində saymaları əsaslı şübhələr yaradır. Məlumatlara görə, qatil N.Əliyevanın mənzilinə qapını və ya pəncərəni sındırmaq yolu ilə daxil olmayıb. Deməli, N.Əliyeva qatilinə çevriləcək şəxsə qapını özü açıb. Və ya həmin şəxsdə qapının açarı olub. Texnikanın bunca inkişaf etdiyi bir vaxtda, operatorların telefon zəngi ilə istintaqçılara telefon danışıqlarının çıxarışını ötürdükləri zamanda N.Əliyevanın evinə kimin gəlməsini müəyyən etmək elə də çətin olmamalıdır. Mobil operatorlara bir sorğu göndərib N.Əliyevanın qətlə yetirildiyi gün hansı əhatə dairəsində olduğunu müəyyən etmək çox çətin işdir? Və ya dövlətin milyonlar xərcləyib Bakını “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə izlədiyi bir vaxtda N.Əliyevanın yaşadığı binaya kimin girib-çıxmasını öyrənmək bu qədər müşküldür?

Qayıdaq cinayət işinin rayon prokurorluğundan alınıb daha yuxarı instansiyaya verilməsinə. Bu adi bir prosedurdur. İstintaqdan ciddi narazılıq olanda, iş ölkə miqyaslı, geniş rezonansa səbəb olarkən işlərin daha yuxarı instansiyada istintaq olunması praktikası var. Və ya qapalı qalmış cinayət işlərinin üstünün açılması üçün bu üsuldan istifadə edilir. Natəvan Əliyevanın qətl işi Bakı Şəhər Prokurorluğuna aparılanda cinayətin üstünün açılmamasından söhbət gedə bilməzdi. Deməli, ortada başqa səbəb olub. İstisna deyil ki, iş kimin üçünsə əhəmiyyəti olub və bu səbəbdən Nəsimi prokurorluğundan alınıb. Kimdir bu işin Bakı Şəhər Prokurorluğunda araşdırılmasında maraqlı şəxs? Nədir bu işin özəlliyi? Niyə Nəsimi Rayon Prokurorluğunun müstəntiqlərinə bu cinayəti istintaq etməyə imkan vermədilər?
Bu və digər suallara cavab tapmaq üçün araşdırma apardıq. Öyrəndik ki, Natəvan Əliyeva Salyanda anadan olub. Atası dənizçi, anası Salyandakı uşaq klinikasında tibb bacısıdır. Özündən 2 yaş kiçik bacısı ailəlidir.
N.Əliyeva isə ailə həyatı qurmayıb. O, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. Əvvəllər deyib-gülən, ətrafı ilə ünsiyyətə həvəsli olub. Vəhşicəsinə qətlə yetirilməzdən 1-2 gün əvvəl rəfiqələri, tanışları ilə təmaslardan maksimum qaçmağa başlayıb. Həmin vaxtlarda heç kimin gözləmədiyi bir vaxtda Bakının mərkəzində özünə bahalı ev alıb. N.Əliyevanın qəfil ev alması, dost-tanışından məsafə saxlaması, sosial şəbəkədəki profilini bağlaması ətrafındakılarda onun həyatında kiminsə peyda olması düşüncəsini yaradıb.
Həmin vaxtlarda onu “Qarant Sığorta” ASC-nin çoxsaylı işçiləri sırasından gözlənilmədən İdarə Heyətinin üzvü təyin ediblər. Bu mövzuya aid məlumat axtardığımız bir vaxtda disput.az saytının forumundan Natəvan Əliyevanın qətlinin müzakirə olunduğuna rast gəldik. Həmin forumda Natəvan Əliyevanın qətlinin mümkün səbəbləri haqda mülahizələr, fikirlər açıqlanıb. “Almost Guru”nikindən istifadə edən forum iştirakçısı “Ona podruqa Anara Mammedova” yazıb. Yəni o, Anar Məmmədovun yaxın tanışı olub.
Bu gün məlum olan odur ki, N.Əliyeva iyulun 11-də işə çıxmayıb. İş yoldaşlarının zənglərinə cavab verməməsi şübhələrə əsas yaradıb. Nəsimi rayonunda tək yaşayan 31 yaşlı N.Əliyevanın iş yoldaşları Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Nazirliyin xilasediciləri mənzilə daxil olaraq onu qan içərisində öldürülmüş vəziyyətdə aşkarlayıblar. Subay olan N.Əliyevanın valideynləri rayonda yaşadığından o, Bakıdakı mənzildə tək yaşayırmış. Bu səbəbdən onun evinə kimin gəlib-getməsi, qatilin onu haradan tanıması sualları hələ də açıq qalır.
Natəvan Əliyeva nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu “Qarant Holdinq”ə daxil olan ASC üzvüdür. Aldığımız son məlumata görə, istintaqçılar qətllə bağlı vaxtilə N.Əliyevanın evində təmir işləri aparmış ustanı saxlayıblar. Ondan qətllə bağlı ifadə verməsi tələb olunur.
Qeyd edək ki, N.Əliyeva Məmmədovların ətrafında olan 2-ci şəxsdir ki, müəmmalı şəkildə öldürülür. Bir neçə il öncə Ziya Məmmədovun mühafizəçisi olmuş Eldəniz Qurbanov yaşadığı binanın qarşısında güllələnərək qətlə yetirilib. Onun qətlinin üstü indiyədək açılmayıb. N.Əliyevanın qətlindən ötən günlər onun qatilinin də azadlıqda qalacağı haqda məlumatların yayılmasına səbəb olub.
****
 Yazı qəzetə hazırlanan ərəfədə Bakı şəhər prokurorluğu və Baş Polis idarəsi 
birgə məlumat yaydılar. Məlumatda bildirlir ki, artıq bu mübhəm cinayətin üstü açılıb –  onu N. Əliyevanın yaşadığı mənzildə hadisədən əvvəl mebel quraşdırmış Quba rayon sakini, 1988-ci il təvəllüdlü Tahirov Təlan Rahib oğlu tamah məqsədi ilə həyata keçirib.  Rəsmi versiyaya görə, T. Tahirov iyulun 10-da N. Əliyevanın mənzilinə gəlib, özü ilə gətirdiyi bıçaqla  onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb. Daha sonra o, mənzildəki N. Əliyevaya aid qızıl-zinət əşyalarını götürüb hadisə yerindən qaçıb.
 istintaq orqanları iddia edir ki,  T.Tahirov dindirilərkən törətdiyi əməli etiraf edib.
 Hazırda iş üzrə istintaq Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.
Tamamilə mümkündür ki, rəsmi versiya düzgündür; lakin bunun tam tərsi də ol bilər. Necəki, indiyə qədər bir sıra qətllərin “isti izlərlə açılması” sonradan bunun yalan olduğunu üzə çıxarıb. Ona görə də qəzetimiz bir sıra ciddi suallar və məlumatlar daşıyan bu yazını qəzetdən yığışdırmadı. 
Buradakı əsas məlumatsa budur ki, qətlə yetirilən N. Əliyeva özünün birbaşa rəhbəri Anar Məmmədovun yaxını olub, bir sıra iddialara görə, onun “podruqası” –  qız arkadaşıdır. Bu baxımdan, Məmmədovlar ailəsinin adına daha bir kriminalın partlaq verməsi göz önündədir. 
 
 
 
   E.MƏMMƏDƏLİYEV
 
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Tags: HADİSƏ MANŞET
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gəncədə 68 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb

Next Post

Bağlanan liseylərin 300 şagirdi Bakının məktəblərində yerləşdirilib

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Bağlanan liseylərin 300 şagirdi Bakının məktəblərində yerləşdirilib

Siyəzən rayon sürücülük məktəbinin direktoru həbs edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.