“Hazırda Ukraynadan vətəndaşlarımızın gətirilməsi proseduru ilə bağlı bütün məsələlər Xarici İşlər Nazirliyi tərəfindən tənzimlənir”.
Elchi.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyi burada dəstəkverici rola malikdir:
“Ukraynada təhsil alan tələbələrin Azərbaycan Universitetlərində təhsillərini davam etdirməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur” – nazir deyib.





