"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirlər çıxarılır, baş nazirə isə toxunulmur: Səbəb nədir?

15 Noyabr 2015 - 15:14
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Nazirlər çıxarılır, baş nazirə isə toxunulmur: Səbəb nədir?
Prezidentin sərəncamı əsasında ölkədə strateji əhəmiyyətə malik olan nazirliklərin rəhbərləri vəzifələrindən kənarlaşdırıldı. Son olaraq milli təhlükəsizlik naziri Eldar Mahmudov və Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun tutduqları postdan azad edilməsi, hakimiyyət daxilində gedən bir sıra gizli  məqamları ortaya çıxardı. Bunu iqtidara yaxın olan şəxslər də təsdiq etdilər ki, gerçəkdən də son olaylar, Azərbaycan hakimiyyəti ilə yanaşı, dövlətə də qarşı çevrilmiş planların üstünü açdı.
Eyni zamanda onu da qeyd edək ki, bir zamanlar səhiyyə naziri Əli İnsanov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, təhsil naziri Misir Mərdənov, müdafiə naziri Səfər Əbiyev də vəzifədən azad edildikdən sonra onlarla bağlı bu kimi müxtəlif məlumatlar mətbuat səhifələrində öz əksini tapmışdı. Proseslər göstərdi ki, demək olar ki, ölkədə ciddi nöqsansız çalışan nazirlik yoxdur.
Lakin bu qədər nazirin vəzifədən azad edilməsinə baxmayaraq, ölkənin 1996-cı ildən indiyə qədər baş naziri olan Artur Rəsizadə hələ də tutduğu postdadır.
Bəs nazirlər vəzifələrindən azad edildiyi halda, baş nazirə nə üçün toxunulmur?
Məsələ ilə bağlı musavat.com-a politoloq Natiq Miri danışıb. O, bildirib ki, bunun səbəbi müxtəlifdir:“Bunun ilk səbəbi odur ki, ölkədə demokratik idarətetmə sistemi mövcud deyil. Nəticə olaraq, təbii ki, hakimiyyətin qolları biləvasitə ali icra hakimiyyətinə bağlıdır. Həmçinin, bu gün həm qanunverici, icraçı, həm də məhkəmə orqanları, hakimiyyətin qolu kimi məhz ali icra hakimiyyətindən gələn sifarişləri notarial qaydada təsdiq etməklə məşğuldurlar. Lakin sivil və demokratik ölkələrdə  hakimiyyətin qolları bir-birinə nəzarət üçün  düşünülüb. Qarşılıqlı nəzarət sxemində fəaliyyət göstərən bu orqanlar, normal və funksional şəkildə fəaliyyət göstərə bilirlər.  Azərbaycanda isə bundan fərqli bir durum var. Ona görə də,  iki, üç deyil, hətta onlarla nazir müəyyən yanlışlar nəticəsində hakimiyyətdən uzaqlaşdırılsa belə, biləvasitə daha yuxarı vəzifədə olan şəxslər baş naziri vəzifədən azad etməsə, onun özünün istefa verməsi gözlənilmir. Eyni zamanda məsələ burasındadır ki,  Azərbaycanda istefa ənənəsi yoxdur. Çünki Azərbaycan idarəetmə sistemində təşəbbüskarlıq deyə bir dəyər də yoxdur. Heç bir nazir və ya dövlət məmuru, yuxarıdan göstəriş almadan, xüsusi təşəbbüslə çıxış edə bilməz”.
Politoloq son kadr dəyişikliklərinin idarəetmə sisteminə hansı təsir edəcəyindən də danışıb:“Azərbaycanda bu cür dəyişikliklər və yeni kadr təyinatları yaxşı olardı  ki, sistemli şəkildə həyata keçirilərdi. Yəni islahatlar səviyyəsində bu, sistematik dəyişikliklər şəklində baş verməlidir ki, nəticədə də bütün sistemə təsirlər olsun. Ancaq bu gün, bir insanın digəri ilə əvəzlənməsi hadisəsini görürük ki, bu da mahiyyət etibarı ilə elə də böyük dəyişikliyə rəvac verəcək olay deyil. Ona görə də hesab edirəm ki, hələ ki, Azərbaycanda ciddi mənada dəyişikliyi müşahidə edə bilmirik. Məsələ ondan ibarətdir ki, aparılan yeni təyinatlar göstərir ki, bu məsələyə yanaşma sistemli formada deyil. Hadisələr lokal çərçivələrdə həyata keçirilir. Bunun da idarəetmə sisteminə hər hansı ciddi formada təsiri olmayacaq”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilər Azərbaycanın bu addımından qorxur

Next Post

İlham Əliyev Obama ilə belə görüşdü – Video

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

İlham Əliyev Obama ilə belə görüşdü - Video

İlham Əliyev G 20 sammitində çıxış etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.