"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirlər Milli Məclisdə “topa tutuldu”: “Elə bil göydən paraşütlə düşüblər”

09 Dekabr 2015 - 10:05
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Milli Məclisin Daxili Nizamnaməsinə” dəyişiklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi bir sıra deputatların narazılığına səbəb olub.
Deputat Qüdrət Həsənquliyev iclasda bildirib ki, parlament hazırda çoxpartiyalılıq prinsipi ilə fəaliyyət göstərsə də, bu, müşahidə edilmir:
“Əməldə biz Milli Məclisin çoxpartiyalılıq prinsipi ilə fəaliyyət göstərdiyini görmürük. Bu gün Milli Məclisdə rəhbər vəzifələrdə, komitə sədrləri və onların müavinləri postlarında ancaq hakim partiyadan seçilən millət vəkillərini görürük. Azlıq təşkil edən partiyaların nümayəndələri rəhbər vəzifələrdə təmsil olunmurlar. Hesablama Palatasının üzvləri də komitə sədrlərindən seçilir və məlumdur ki, onlar hakim partiyanın nümayəndələridir. Belə olan halda isə aşkarlıq prinsipindən söhbət gedə bilməz ”.
Deputat qeyd edib ki, heç olmazsa Hesablama Palatasının auditorları parlamentdə azlıqda təmsil olunan partiyalardan seçilsinlər.
“Parlamentin çoxpartiyalılıq sistemi ilə fəaliyyət göstərməsinin əməldə görünməməsi onun parlamentin nüfuzuna mənfi təsir göstərir”.
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da deputatın söylədiyi fikirlərin mütləq əksəriyyəti ilə razı olduğunu qeyd edib:
“Bu, günümüzün reallığıdır. Nizamnamə və deputatın statusu ilə bağlı qanunlar 20-25 il öncə qəbul edilib, ötən müddət ərzində Azərbaycanda Milli Məclis vacib dövlət qurumu olaraq oturuşub, kifayət qədər ənənələr formalaşıb. Eyni zamanda da Milli Məclisdən dövlətə qarşı ola biləcək təhlükələr indi minumuma enib. Yəni mən bunu 20-25 il öncəki vəziyyətlə müqayisə edirəm. İndi Milli Məclis dövlətçiliyin qorunmasında və inkişafında məsuliyyətini dərk edən və bu istiqamətdə xüsusi töhfələr verən dövlət qurumuna çevrilib. Ona görə də hesab edirəm ki, Qüdrət müəllimin bu gün burada səsləndirdiyi təklifləri daha da genişləndirməklə, Nizamnamədə və statusda ciddi dəyişiklik etməyə ehtiyac var. Biz bunu mütləq etməliyik. İndi mətbuatda da bununla bağlı ictimai rəy yaranıb. Biz bəzən mətbuatın üzərinə gedirik ki, niyə belə deyir. Əslində, mətbuat ictimai rəyi formalaşdıran çox ciddi bir tərəfdir. Təsadüfi deyil ki, mətbuat 4-cü hakimiyyət adlanır. Bu gün ictimai rəydə də Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlı fikirlər səslənir. Çünki son hadisələr də göstərdi ki, bəzi nazirlər öz səlahiyyətlərini aşaraq, ona verilən səlahiyyətlərdən sui-istifadə ediblər”.
Fəzail Ağamalı hesab edir ki, Milli Məclis üzvlərinin hökumətin hesabatı zamanı daha geniş fikirlər bildirməsi üçün deputat səlahiyyətlərinin artırılmasına çox ciddi ehtiyac var:
“Məncə, bu həm də dövlətimizin xeyrinə olar. Burada şəxsi korparativ maraqların axtarılması yolverilməzdir. İndi Qüdrət müəllim bu cür təkliflər verməklə, heç də nə isə əldə edəcəyi barədə qətiyyən düşünmür. Eyni zamanda, mən də bununla bağlı öz təkliflərimi verəcəm və heç kəs də məni başqa cür qiymətləndirməsin. Burada söhbət xalq tərəfindən seçilən Milli Məclis deputatlarının səlahiyyətlərinin artırılmasından gedir. Necə ola bilir ki, ölkə prezidenti tərəfindən təyin olunan komitə sədri, nazir, idarə başçısı öz qurumlarında səlahiyyət sahibi olur və onun sözünün üzərində söz deyəcək şəxs təkcə cənab Prezident olur, ancaq Milli Məclisə seçilmiş deputatlar həmin dövlət məmurları haqqında dövlətimizin xeyri üçün hər hansı tövsiyə və ya təkliflər vermək hüququna malik olmur. Bu heç kəsə sirr deyil və mən də bunu bir neçə dəfə söyləmişəm”.
F.Ağamalı bildirib ki, bu gün elə nazirlər, komitə sədrləri və dövlət məmurları var ki, onlar millət vəkillərinin telefonlarına cavab vermir:
“Kimsə elə düşünməsin ki, millət vəkili hər hansı dövlət məmuruna öz şəxsi xahişlərini etmək üçün zəng vurur. Bu, əsla belə deyil. Mən 20 ildən artıq olan öz təcrübəmdən deyirəm ki, bu gün bir sıra nazirlər və digər dövlət məmurları cəmiyyət və insanlar üçün açıq deyillər. Ancaq millət vəkilləri cəmiyyət və xalq üçün açıqdır, insanlar deputatlara çıxa, dərdlərini deyə bilirlər. İnsanların bizə dediyi problemlərin həlləri üçün biz nazirliklərə, digər dövlət qurumlarına sorğu göndəririk, ancaq bizə standart cavab verirlər. Heç bir müsbət nəticəsi də olmur. Məmurlara telefonla da zəng vurub sözünü deyə bilmirsən. Milli Məclisin iclaslarında elə atmosfer yaranıb ki, nazirlər və komitə sədrləri gələndə, elə bil göydən paraşütlə düşürlər. Yəni, dövlətçiliyimiz və xalqımız üçün bu cür ənənəni qırmaq mütləq lazımdır. Bu cür məsələlərin dövlət səviyyəsində həlli üçün Əli müəllim (Əli Hüseynli nəzərdə tutulur – red) sizin kifayət qədər həm hüquqşünas olaraq, həm də nüfuzlu komitə sədri kimi imkanlarınız var. Xahiş edirəm ki, siz bu məsələləri həm parlament rəhbərliyi, həm də dövlət səviyyəsində qaldırasınız”.
Komitə sədri Əli Hüseynli hər iki deputatın fikirlərinə hörmətlə yanaşdığını bildirib.
O qeyd edib ki, qanun layihəsi işçi qrupunda müzakirə edilərkən hər iki partiya sədri müzakirələrə dəvət edilsin və fikirlərini nəzərə almaq olar.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Azərbaycana qarşı oynamaq asan deyil`

Next Post

Vasif Talıbov Bakıxanovun nəticəsinə fəxri ad verdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Vasif Talıbov Bakıxanovun nəticəsinə fəxri ad verdi

Müstəqilliyimiz yolunda: Eyni gündə iki hadisə - ŞƏRH

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.