"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirlik jurnalistləri mükafatlandıracaq

30 Sentyabr 2014 - 12:58
in Banner, CƏMİYYƏT, İQTİSADİYYAT

İqtisadiyyat və Sənaye Nazirliyi KİV nümayəndələri arasında müsabiqə elan edib.1412063532

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 

Bu barədə nazirliyin mətbuat xidmətindən bildiriblər. Nazirlik 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı “Azərbaycan sənayesi yeni inkişaf mərhələsində” mövzusunda yaradıcılıq müsabiqəsi elan edib.

 

Nazirlikdən bildiriblər ki, müsabiqədə yerli və Azərbaycanda akkreditə olunmuş xarici KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər fərdi və ya müştərək halda iştirak edə bilərlər. Müsabiqəyə yalnız bir yazı (süjet) təqdim etmək olar. Məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalıdır. Məqalələr, televiziya və radio süjetləri Azərbaycan, rus və ingilis dillərində təqdim edilə bilər.

 

Təqdim olunan məqalələr dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır və sonunda isə “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” qeydi göstərilməlidir.

 

İqtisadiyyat və Sənaye nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Axar.az-a açıqlamasında müsabiqədə iştirak edəcək bütün jurnalistlərin mükafatlandırılacaqlarını bildirdi:

 

“Müsabiqənin keçirilməsində məqsəd bu sahəyə marağın artırılmasıdır. Həmçinin məqsədimiz nazirliklə jurnalistlərin birgə çalışmasına imkan yaratmaqdır. Biz media işçiləri ilə əlaqələrimizi genişləndirmək, bərabər çalışmaq istəyirik. Jurnalistləri bu müsabiqədə iştirak etməyə dəvət edirəm. 1-ci, 2-ci, 3-cü yerlərin qalibləri pul mükafatı və diplomlarla təltif olunacaqlar. Bundan başqa, həvəsləndirici mükafatlar da həmişəki kimi mütləq olacaq”.

 

A.Əliyevin sözlərinə görə, qaliblər İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış komissiya tərəfindən  müəyyən ediləcək:

“Komissiyanın on üzvü var. Komissiyanın sədri nazir müavinidir. Mətbuat Şurasının nümayəndəsi isə sədr müavinidir. Komissiyanın digər üzvləri isə bu sahə ilə məşğul olan qurumların rəhbərləridir”.

 

Nazirlik sözçüsü qeyd edir ki, təqdim edilmiş materiallarda plagiat aşkar edilərsə, həmin yazılar (süjetlər) müsabiqədən kənarlaşdırılacaq. Onun sözlərinə görə, yazılar bu gündən etibarın 10 gün ərzində təqdim edilə bilər.

 

Qeyd edək ki, məqalələrin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş məqalələrin saytdan çıxarılmış versiyası, televiziya və radio süjetləri isə DVD-də olmaqla yaradıcılıq müsabiqəsində iştirak edən namizədin jurnalist vəsiqəsinin surəti ilə birlikdə 1 noyabr 2014-cü il tarixinədək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilməli, materialların elektron versiyası isə həmin tarixədək vusala.guliyeva@economy.gov.az poçt ünvanına göndərilməlidir.

 

Müsabiqəyə təqdim olunmuş məqalələr, televiziya və radio süjetləri İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış komissiya tərəfindən 10 noyabr 2014-cü il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcək.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avropalı qızlar İŞİD sıralarına qoşulur?!.

Next Post

Türk torpağı təhlükədə

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Türk torpağı təhlükədə

"Kreml və Tehran Xəzərin bölüşdürülməsi üçün birləşib..."

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.