"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirlik tutduğu və tutdurduğu sahibkarlar haqda açıqlama yaydı

09 Oktyabr 2014 - 15:49
in CƏMİYYƏT

Azərbaycan Vergilər Nazirliyi bu ilin son 9 ayı ərzində vergi hüquqpozmalarına qarşı görülmüş mübarizə tədbirləri haqqında məlumat yayıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

1ANS PRESS-in Nazirliyin Analitik-informasiya şöbəsinə istinadla verdiyi məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 593 cinayət işi başlanıb.

Həmin cinayət işlərindən 111-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (o cümlədən, 73-ü külli və xeyli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə əlaqədar səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar, 475-i vergi borcunun ödənilməməsi barədə və 2 iş aksiz markaları ilə markalanmamış malların satış məqsədilə saxlanması faktı barədə vergi orqanlarından daxil olmuş materiallar, 5-si isə qanunsuz sahibkarlıq faktı ilə əlaqədar digər hüquq-mühafizə orqanlarından daxil olan materiallarla bağlı olub.

Hesabat dövründə Departamentin İstintaq idarəsində 283 cinayət işi üzrə ibtidai istintaq tamamlanmış, 14 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 85 nəfər barəsində 78 iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

2014-cü ilin 9 ayı ərzində Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 10 milyon 171,1 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bir cinayət işi üzrə təqsirləndirilən şəxsin 530 min manat dəyərində əmlakı üzərinə həbs qoyulub.

İcraatına xitam verilmiş 205 cinayət işindən 146 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (29 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 17 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 297 şəxsin məcburi qaydada gətirilməsi, 126 şəxsin tapılaraq istintaqa gəlmələri, 148 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 315 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bayram Kürdəxanlının həbsinin yeni təfərrüatları

Next Post

Ermənistan aviaşirkəti fəaliyyətini dayandırdı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Ermənistan aviaşirkəti fəaliyyətini dayandırdı

Ermənistanda aksiya - “Sarkisyan, rədd ol Moskvaya!”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.