"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirlik və komitələrin ləğvi yenidən gündəmdə

15 Dekabr 2015 - 10:40
in XƏBƏR LENTİ

Bu yaxınlarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv ediləcəyi ilə bağlı mətbuatda məlumatlar yayılmışdı. İddialar rəsmi şəkildə özünü doğrultmasa da, hesab edilirdi ki, dövlət komitəsinin ləğvinə hazırlıq gedir və yaxın zamanlarda qurum tarixə qovuşacaq. Bundan öncə də bəzi nazirlik və dövlət komitələrinin ləğv edilməsi məsələsi gündəmdə olub.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Ekspertlər və millət vəkilləri hesab edirlər ki, nazirliklərin sayı azaldılmalı, bəzi dövlət qurumları isə birləşdirilməlidir.

Millət vəkili Zahid Oruc  açıqlamasında bildirib ki, müxtəlif qurumların fəaliyyətinin dayandırılması və başqası ilə birləşdirilməsini dünyada gedən iqtisadi problemlərlə bağlamaq düzgün yanaşma deyil.

Onun sözlərinə görə, neftin qiyməti 110 dollar olsaydı belə, Azərbaycanda hökumət strukturlarının islahatını optimal tərkibə gəlib çatana qədər davam etdirmək lazımdır: “Bir sıra strukturların komitə, agentlik və yaxud nazirlik səviyyəsində olmasına heç bir ehtiyac yoxdur. Dünyada ölkələrinin bir çoxunda bu təcrübəyə bizdən əvvəlki illərdə keçilib. Onlar əhalinin hər min nəfərinə düşən məmur sayının kvotasını müəyyən ediblər. Artıq müəyyən edilib ki, hansı sayda və funksiyalara malik olan məmurlar xidmət etməlidir. Bizdə isə çoxlu şişmiş aparatlar, bir-birinin funksiyalarını əldə etmək üçün mübarizə aparan qurumlar mövcuddur”.

Z.Oruc bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə münasibətdə fikirlər qətiləşməkdədir ki, əgər burada söhbət istehsalatın hansısa bir mühim standartlara uyğunluğunu təmin etməkdən gedirsə, bunun qanunvericilik bazası formalaşıb, bunu da həyata keçirmək üçün məhdud saylı kadr personalı ilə gerçəkləşdirmək olar.

“Qeyd olunan işi yerinə yetirmək üçün ayrıca bir komitənin mövcudluğu tələb olunmurmu? Bu məsələyə də baxıla bilər. O cümlədən kreditləşmə ilə bağlı çoxlu sayda agentliklər, dövlət qurumları və s. mövcuddur. Halbuki onların hamısının “ASAN Xidmət” qaydasında şərtləri müəyyən edilərək vahid qurum yaradıla bilər”.

Millət vəkili qeyd edib ki, dövlət büdcəsində icra orqanlarının, başqa strukturların maliyyələşməsi böyük yer tutur: “Bu artıq mühüm bir çəkiyə malikdir. Onların müxtəlif səlahiyyətləri əldə etmək üçün vuruşmaları bürokratik bəlalar yaradır. Digər tərəfdən də məsuliyyətə sahib olmaq istəmirlər. Demək olar ki, bütün nazirliklərin tərkibində tikinti xidmətləri mövcuddur. Belə olan halda bu qurumlar əsas işlərini buraxırlar”.

Deputat hesab edir ki, bir-birlərinin fəaliyyətini təkrarlayan nazirliklər ya ləğv edilməli, ya da birləşdilməlidir.

Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanda bir neçə nazirliyin ləğvi gözlənilir. Deputat bildirib ki, Azərbaycanda cəmi 13-15 nazirlik saxlanılmalıdır.

Millət vəkilinin sözlərinə görə, digər nazirliklərin səlahiyyətləri ya birləşdirilməli, ya da ləğv olunmalıdır: “Bazar iqtisadiyyatı sistemində islahatlar, təkmilləşdirilmə gedir və bu daim davam etməlidir. Mütəmadi olaraq ölkə başçısı tərəfindən müəyyən struktur islahatları aparılır, müəyyən qurumlar ləğv edilir, digərləri birləşdirilir. Həmçinin bəzi qurumların səlahiyyətləri digərlərinə verilir. Bu proses davam edir”.

Milli Məclisin üzvü qeyd edib ki, neftin dünya bazarında qiymətinin kəskin aşağı düşməsi, cənab prezident tərəfindən qeyri-neft sektorunun inkişafına diqqətin artırılması, kiçik və orta sahibkarlığın inkişafı bir sıra islahatlara təkan verir: “Elə nazirliklər var ki, bir-birinin işlərini təkrarlayır. Bəzi nazirliklər, komitələr kiçik və orta sahibkarlığa problemlər yaradırlar. Bu baxımdan struktur dəyişikliyi labüddür və bunu etmək lazımdır”.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 19 nazirlik, 10 dövlət komitəsi fəaliyyət göstərir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rəfsəncani niyə danışdı – İran elitasında sensasion gəlişmələr

Next Post

Metroda Şaxta baba və Qar qızı görsəniz təəccüblənməyin

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Metroda Şaxta baba və Qar qızı görsəniz təəccüblənməyin

Abdullah Öcalana vətəndaşlıq verildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.