"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirlik: “Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir”

22 May 2018 - 11:07
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Hazırda Xəzər dənizindən götürülmüş su təmizləndikdən sonra təmiz içməli su kimi istifadə edilir.

Elchi.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

Onun sözlərinə görə, Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzsuzlaşdırılması zavodun ofis işçiləri bu sudan içməli su kimi istifadə edirlər: “Onlar üçün Bakıdan su gətirmək çox baha başa gəlir. Buna görə də orada həmin suyun müəyyən bir hissəsi ancaq daxili istifadə üçün daha dərindən təmizlənir. Bunun üçün zavodda imkan var”.

Nazirlik rəsmisi qeyd edib ki, Xəzər dənizinin suyu əsasən suvarma məqsədilə təmizlənir.

Onun sözlərinə görə, suvarma və içmək üçün nəzərdə tutulan su fərqli dərəcədə və fərqli standartlarla təmizlənir:

“Xəzər dənizindən götürülmüş su duzsuzlaşdırılır, suvarma suyunun keyfiyyətinə, standartlarına uyğun olaraq təmizlənir. Onun az bir hissəsi isə ofisdə çalışan işçilərin içməli suya olan tələbatını ödəmək üçün təmiz içməli suyun keyfiyyətinə, standartlarına uyğun təmizlənir və daha sonra içməli su kimi istifadə edilir. Suvarma üçün olan su müəyyən bir hədd daxilində təmizlənir, içmək üçün olan su isə daha dərindən təmizlənir. Hazırda Xəzər dənizinin suyundan içməli su kimi dar bir çərçivədə istifadə edilir”.

Nazirlik rəsmisi Xəzər dənizindən götürülmüş suyun içməli suya çevrilməsi xərclərini dəqiq açıqlaya bilməsə də, bu prosesin ucuz başa gəldiyni söyləyib:

“Bunu deyə bilərəm ki, bu, çox qənaətli yolla su alınma üsuludur. Biz layihəni pilot olaraq icra etdik və gələcək üçün hazırıq. Gələcəkdə hər hansı yerdə su çatışmazlığı ilə bağlı problem yaranarsa, biz o texnologiyalardan istifadə edərək bütün problemlərimizi tez bir zamanda çevik həll edə biləcəyik. İstənilən yerdə o texnologiyanı tətbiq etməklə həmin ərazini lokal olaraq, su ilə təmin etmək olar”.

R.Səttar-zadə əlavə edib ki, hazırda bu işə sərmayə qoymaq istəyən sahibkarlar yoxdur: “Eyni zamanda, hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün özəl duzsuzlaşdırma qurğuları da yoxdur. Hazırda yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin (“Azəryaşlandşaft” ASC) balansında olan duzsuzlaşdırma müəssisəsi var”.

R.Səttar-zadə bildirib ki, zavod yeni tikildikdə onun sutkada istehsal gücü 1000 kubmetr idisə, bu yaxınlarda bu göstərici 2000 kubmetrə çatdırılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vüsal Məmmədov: “Zavallısan ki, özünü dinin mühərriki sayırsan…” – Müsahibə

Next Post

Bu günə olan məzənnələr – RƏSMİ

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bu günə olan məzənnələr – RƏSMİ

Bu avtomobillərin istehsalı dayandırılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.