"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirlik yoxlamalar apardı – Ciddi nöqsanlar var

03 Oktyabr 2016 - 19:47
in XƏBƏR LENTİ

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən iş planına uyğun olaraq, 2016-cı ilin birinci yarısında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə Dövlət Universitetinə və Biləsuvar Rayon Təhsil Şöbəsinə, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Aqrar Universitetinə, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin layihələndirilməsi və tikilməsi üçün Nəqliyyat Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti təftiş olunub.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən aparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 1445,48 min manat vəsaitin təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib, normativ hüquqi aktların tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən iş planına uyğun olaraq, müvafiq rayonların (şəhərlərin) ərazilərində yerləşən büdcə təşkilatlarında aparılan nəzarət tədbirləri ilə aşkar olunmuş 2341,28 min manat məbləğində artıq və əsassız ödənişlərin 730,58 min manatı təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ağcabədi Rayon Təhsil Şöbəsində 897,59 min manat, 1 nömrəli Gəncə Peşə Məktəbində 37,37 min manat, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsində 672,0 min manat, cəmi 1606,96 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq müvafiq tədbirlər görülməsi üçün həmin nəzarət obyektləri üzrə yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılmış ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Yuxarıda göstərilənlərlə bərabər xidmətin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktublarına əsasən 24 təşkilatda, o cümlədən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyində, Məlumat Hesablama Mərkəzində, “Aztelekom”, “Azərpoçt”, “Optik Rabitə Tikinti və Quraşdırma” və “Azİntelekom” məhdud məsuliyyətli cəmiyyətlərində, “Rabitə-Tikinti” Açıq tipli Səhmdar Cəmiyyətində, Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki təminat şöbəsində, Təhsil Nazirliyinin Cəlilabad Rayon Təhsil Şöbəsində, Səhiyyə Nazirliyinin Ağcabədi Rayon Mərkəzi Xəstəхanasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında, “Yeni Sabah” qeyri-hökumət təşkilatında, 6 orta məktəbdə və 5 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə prokurorluq orqanlarının təqdimatlarında və qərarlarında qeyd olunan suallar yoxlanılmış yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

İlin birinci yarısında aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 407 vəzifəli şəxsə 251,8 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bağdadini zəhərlədilər – Kütləvi həbslər başladı

Next Post

“İsrail Azərbaycana uzunmənzilli silahlar satıb” — SENSASİON MÜSAHİBƏ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"İsrail Azərbaycana uzunmənzilli silahlar satıb" — SENSASİON MÜSAHİBƏ

İnternetin ucuzlaşacağı gözlənilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.