"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirlikdən ödəniş haqlarını dollarla tələb edən universitetlərlə bağlı – Açıqlama

07 Yanvar 2016 - 10:59
in CƏMİYYƏT

Azərbaycan Təhsil Nazirliyi manatın məzənnəsinin dəyişməsindən sonra “Təfəkkür” Universiteti və Qızlar Universitetində təhsil haqlarının dollarla tələb olunması ilə bağlı məlumatları araşdırıb.

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

“Təfəkkür” Universitetində fevralın 1-dən təhsil haqlarının dollarla ödəniləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən Y.Piriyev bildirib ki, “Təfəkkür” Universiteti nazirliyə bununla bağlı təkzib verəcəyini açıqlayıb: ”Həmin elanın konkret məktəb binasının divarından asıldığı bilinmir. Amma bununla belə, belə siqnal daxil olduğu üçün universitetin prorektoruna zəng edilib. O, bununla bağlı təkzib veriləcəyini deyib. Qızlar Universitetində də təhsil haqlarının dollarla tələb olunması ilə bağlı daxil olan siqnal barədə həmin məktəbin rektoruna məlumat verilib. Hər iki məktəb rəhbərliyi bildirib ki, bizdə belə hal yoxdur”.

Y.Piriyev qeyd edib ki, ali məktəb rəhbərliyi ilə təhsil haqlarının ödənilməsi ilə bağlı indiyədək bağlanılan müqavilələr həmin tələbələr təhsillərini başa vuranadək qüvvəsində qalmalı, bu müqavilələrə uyğun olaraq da tələbələrin təhsil haqlarının səviyyəsi dəyişməməlidir.

Aparat rəhbərinin müavini bildirib ki, Azərbaycanın milli valyutası var, ödəniş də milli valyuta ilə aparılmalıdır: “Buna görə də təhsil haqlarının dollarla ödənilməsi məsələsi gündəmdə deyil və buna baxmaq da düzgün deyil”.

Nazirlik rəsmisi deyib ki, yeni tədris ili üzrə təhsil haqlarının artması ya azalması məsələsinə mart ayında qəbul planı hazırlanarkən ali məktəblərin təklifləri nəzərə alınmaqla baxılacaq.

Y.Piriyev təhsil haqlarının müəyyənləşdirilməsinin ali məktəblərin səlahiyyətinə daxil olduğunu da açıqlayıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

NATO komandanı Rusiyanın Qarabağda hərbi güc tətbiqi haqda

Next Post

Qızıl bahalaşdı – 8 dollar

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Qızıl bahalaşdı - 8 dollar

Barak Obama İraq baş nazirinə zəng edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.