Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Xidmətinin binasının dam örtüyündə tüstülənmə olub.
Bu barədə nazirlikdən verilən məlumatda bildirilib.
Tüstülənməyə ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddət ərzində tüstülənmənin qarşısı alınıb.




