"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Necə varlanmaq olar? – Bodo Şeferin 22 prinsipi

07 Aprel 2017 - 11:43
in MARAQLI

Necə varlanmaq olar?

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Avropanın ən tanınmış maliyyə məsləhətçilərindən olan Bodo Şeferin (Bodo Schaefer) milyonçu olmaq istəyənlərə 22 əsas məsləhətini təqdim edirik:

Prinsip №1 – gəlirin 25%-ni, əlavə gəlirin isə 50%-ni ayırmaqla, özünüz üçün yeni hesab yaradın. Sonra bu pulları investisiya fəaliyyətlərinə yatırın. Banklar yalnız “qəpik-quruş” ödəməyə və inflasiya zamanı pulları xilas etməyə qadirdirlər.

Prinsip №2 – Qənaətcil olun! Yalnız qənaət etməklə və pul toplamaqla bir neçə il ərzində milyonçu olmaq olar. Bədxərc həyat tərzi çox nadir hallarda rifah halının yüksəldilməsinə gətirib çıxara bilər.

Prinsip №3 – Bizim bədbəxtliyimiz ondadır ki, biz pullarla düzgün şəkildə rəftar etmirik. Pulları sevin! İlk növbədə onları xərcləməyi deyil, qorumağı düşünün. Həm də heç kim demir ki, hissi həzzlərdən imtina etmək lazımdır.

Prinsip №4 – Özünüz üçün 7-10 ili əhatə edəcək maliyyə planı hazırlayın. Məqsədinizi və bir neçə ildən sonra qazanmaq istədiyiniz gəlirin məbləğini müəyyənləşdirin. Məqsədə aparan yolda atacağınız addımları öncədən düşünün.

Prinsip №5 – İnsan kiçik arzuların ardınca getməməlidir. Böyük düşünün, böyük arzulara istiqamətlənin. Özünüzə milyardlarla dollar və iş həyatında, siyasətdə böyük uğur arzulayın. Böyük arzular üçün böyük məqsədlər müəyyən edin. Qarşıya qoyulan məqsədlərə nail olmaqla arzularınızı gerçəkləşdirin.

Prinsip №6 – Siz hər hansı bir milyonçuya və ya milyarderə məxsus düşüncə prinsiplərinə sahib olmalısınız.

Prinsip №7 – Özünüzdən əmin olun. Prinsiplərinizi yaradın. Özünə əmin olan insanlar istər pulları, istərsə də digər insanları cəlb etməyi bacarır. Hətta işləriniz yolunda getməyəndə də sonda uğur qazanacağınıza inanın (Bodo Şefer 26 yaşında müflisləşmə təhlükəsi ilə üzləşdi və nəticədə sahib olduğu hər şeyi itirdi. Lakin o özündə güc taparaq ayağa qalxmağı bacardı və yenidən milyonçu adını qazandı).

Prinsip №8 – Problemlər sizi qorxutmasın! Təkcə uğurlara deyil, hətta problem və uğursuzluqlara da sevinməyi bacarın. Əksər hallarda böyük məqsədlər böyük problem və çətinliklər yaradır. Problemləri həll etməklə biz daha güclü insana çevrilirik!

Prinsip №9 – (məzmun baxımından, 8-ci prinsipin davamı): İnsan həyat yolunda yıxılıb qalxmaqla daha güclü insana çevrilə bilər (bu cümləni unutmayın). Bu cümlə iflasa məruz qalmış insanların həyat devizi olmalıdır.

Prinsip №10 – Maliyyə məhdudiyyəti və xərclərin planlaşdırılması qaydası olmadan maliyyə rifahına nail olmaq mümkün deyil. Maliyyə azadlığına sahib olmaq üçün ilk növbədə maliyyə məhdudiyyəti tətbiq olunmalıdır.

Prinsip №11 – Uğur yalnız onu rəqsə dəvət edənlərin rəqs partnyoru olur!

Prinsip №12 – Əgər siz hər hansı bir işi görmək qərarına gəldikdən sonra 72 saat ərzində bu işin icrasına başlamamısınızsa, böyük ehtimalla daha heç vaxt bu işə vaxt ayırmayacaqsınız. Belə halların 85%-də eyni nəticənin əldə olunması ehtimalı mövcuddur.

Prinsip №13 – Gələcəkdə zəngin olacağınıza inanırsınızmı? Əslində burada inam o qədər böyük rola malik deyil. Əgər siz sadə qaydalara və maliyyə vəziyyətinin idarə edilməsi prinsiplərinə əməl etsəniz, mütləq zəngin olacaqsınız! Həm də 7-10 il ərzində bu məqsədinizə nail ola bilərsiniz. Elə ona görə də bugündən etibarən pullarınızla düzgün şəkildə rəftar etməyi öyrənin.

Prinsip №14 – 20% səy göstərməklə, 80%-lik nəticələr əldə etmək mümkündür. 80% səy göstərdikdə isə 20%-lik nəticələr əldə oluna bilər.

Prinsip №15 – Hər bir insanın zəngin olmağa haqqı var. Zəngin olmaq üçün varlı ailədə dünyaya gəlmək və ya yaxşı təhsil almaq şərt deyil. Bunun üçün pullarla düzgün rəftar etmək və mükəmməlliyə istiqamətlənmək kifayətdir.

Prinsip №16 – Özünə inanmaq və pozitiv olmaq maliyyə uğuru əldə etməyin əsas prinsipləri hesab olunur. Uğurlarınızın siyahısını hazırlayın və bu siyahını qeyd kitabçasına əlavə edin. Bodo Şefer həmin kitabçada hər gün uğurla başa çatdırdığınız 5 işin adını qeyd etməyi məsləhət görür.

16-cı prinsipə əlavə – Əgər gün ərzində etdiyiniz qeydlərin sayı 5-ə çatmırsa, bu zaman yalnızca həmin günün sizin üçün nə ilə yadda qaldığını qeyd edin. Qeydinizdə yaşadığınız günə nəyə görə minnətdar olduğunuzu vurğulamağı unutmayın.

Prinsip №17 – Öz sağlamlığınız haqqında düşünün. Sağlamlıq vəziyyəti yerində olmayan insan üçün uğur əldə etmək  çətindir. Sağlamlıq olmadan əldə etdiyiniz zənginlik sizə xoşbəxtlik gətirə bilməz.

Prinsip №18 – Hər zaman minimum 6 ay müddətində sizin maddi ehtiyaclarınızı qarşılayacaq maddi ehtiyatlara sahib olmalısınız. Həyatda hər şey ola bilər. Siz işinizi, gəlirlərinizi, əmək qabiliyyətinizi və hətta borc almaq imkanını itirə bilərsiniz. Adətən, bir çox uğurlu iş adamları bu qaydalara məhəl qoymurlar.

Prinsip №19 – Yüksək qazanc əldə etmək üçün yaxşı biliklərə sahib olmaq lazımdır. Hər zaman yeni biliklər əldə etməyə və dünyagörüşünüzü genişləndirməyə çalışın. Axmaqların yalnız kazino oyunlarında bəxti gətirir.

Prinsip №20 – Kapitalizm – içində timsahların olduğu hovuza bənzəyir. Bu səbəbdən kapitalizm dövründə yaşadığınızı unutmayın. Yalnız ən güclü olan həyat mübarizəsini davam etdirə və zəngin ola bilər.

Prinsip №21 – Zənginlik sizin kazinoda, restoranda, kurortda və ya mağazada xərclədiyiniz pulların həcmi ilə deyil, kənara ayırdığınız və qənaət etdiyiniz pulların məbləği ilə ölçülür.

Prinsip №22 – Aldığınız məvacib əməyinizin qarşılığını ödəmir? Əgər narazı olduğunuz halda bu ödəniş müqabilində işləməyə davam edirsinizsə, demək ki, gördüyünüz iş sizin üçün müəyyən olunmuş əmək haqqına layiqdir. Əgər sizi nəsə qane etmirsə, işinizi, həyat tərzinizi, dünyaya baxışınızı dəyişin!(BizPlus)

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Təyyarə taksilərinin Bakıya uçuş qiyməti – Açıqlandı

Next Post

Generaldan mitinqlə bağlı XƏBƏRDARLIQ

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Generaldan mitinqlə bağlı XƏBƏRDARLIQ

Neftimiz bahalaşdı - 55 dollara yaxınlaşır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.