Dünya bazarlarında neftin qiymətində bahalaşma davam edir. ANS PRESS-in məlumatına görə, ötən gün 32.84 dollar olan “Brent” markalı neftin qiyməti bahalaşaraq 34.16 dollar olub.
Bahalaşma “WTI” neftində də müşahidə olunub. Ötən gün 31.97 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti də bahalaşaraq 33.37 dollarda qərarlaşıb.
Ötən gün “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 34,39 dollar təşkil edib.
Əlvan metalın qiymətində cüzi ucuzlaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı 35,83 dollardır. Platinin 1 qramı 27.78 dollar, palladiumun 1 qramı isə 15.84 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.
Yanvarın 28-nə AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində olub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7445 manat, Rusiya rublu isə cüzi bahalaşma ilə 0.0205 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.2833 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5342 AZN müəyyənləşib.
AMB-dən verilən məlumata görə, yanvarın 29-na USD/AZN rəsmi məzənnəsi 1,6008 səviyyəsində müəyyən olunub.




