"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Neft Fondunda 1,6 milyard manatlıq kəsir yarandı

15 Yanvar 2015 - 18:53
in MANŞET

Fondun 2015-ci il büdcəsi ilk dəfə olaraq kəsirlə təsdiq olunacaqimg1708031

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Neftin dünya bazarında qiymətinin ucuzlaşması Dövlət Neft Fondunün büdcəsinə ciddi şəkildə təsir göstərəcək. Bu il Fondun büdcəsində də kəsir olacaq. Ekspertlər bildirirlər ki, bu, çox ciddi məqamdır.
“Büdcə kəsiri nəhayət ki, Dövlət Neft Fonduna da çatdı. Fondun 2015-ci il büdcəsi ilk dəfə olaraq kəsirlə təsdiq olunacaq. Kəsirin böyüklüyü elə dövlət büdcəsinin kəsiri boyda olacaq – 1,6 milyard manat”,- ekspert Samir Əliyev fakta münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, il başlasa da, Fondun büdcəsi hələ də təsdiq olunmayıb: “Ancaq hökumət dünya neft bazarında bahalaşma ehtimalının getdikcə azaldığını görüb nəhayət ki, büdcə layihəsini ortaya çıxartdı. Diqqəti çəkən məqam odur ki, 2015-ci ilin büdcə zərfindəki göstərici ilə müqayisədə təxminən 500 milyon manata qədər ixtisar olunub. Layihə olduğu kimi təsdiq olunsa, suveren fondumuzun gəliri 10,25 milyard manat, xərci isə 11,8 milyard manat olacaq. Fondun idarə edilməsinə isə 33,32 milyon manat xərclənəcək”.
S.Əliyevin sözlərinə görə, ötən il, xüsusən də ilin ikinci yarısı Fond üçün heç də uğurlu olmayıb: “Təkcə 3-cü rübdə Fondun aktivləri 317,1 milyon dollar azalıb. Sonuncu rübdə həm neftin ucuzlaşmaqda davam etməsi, həm də dolların əsas valyutalara münasibətdə bahalaşması aktivləri daha da azaldacaq”.
Ekspert həmçinin vurğulayıb ki, valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərərin də artımı labüddür: “Yola saldığımız ilin 9 ayında valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərər 966,4 milyon manata bərabər idi. İlin sonuna aktivlərə daxil edilən valyutaların ucuzlaşması daha da dərinləşdirib. 2014-cü ilin sonuna dollara münasibətdə avro təxminən 12,1 faiz, funt sterlinq 6 faiz, Avstraliya dolları 8, Türkiyə lirəsi 8,7, rus rublu 83, Cənubi Koreya vonu isə 3,3 faiz dəyərsizləşib. Bu valyutaların dollara ucuzlaşması paralel olaraq manata münasibətdə də baş verib. Çünki manatın dollara nəzərən məzənnəsi sabit qalıb, digər valyutalala məzənnəsi ilə çarpaz müəyyən olunur”.
S.Əliyevin sözlərinə görə, bu ucuzlaşmadan sonra Neft Fondunun 2014-cü il üzrə valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərəri böyük ehtimalla 1,5 milyard manatdan çox olacaq: “Qızılın dünya qiymətləri ötən il sabit qaldığından Fondun bu aktivdən saxlanma xərcləri istisna olmaqla zərəri olmayıb. Proseslər göstərir ki, 2015-ci il daha ağır olacaq. Neft indiki səviyyədə qalarsa, bu halda hökumət ehtiyatda olan aktivlərə müraciət etməli olacaq. Bu isə ehtiyatların azalmasına gətirib çıxaracaq. Valyutaların ucuzaşması digər tərəfdən zərəri daha da artıra bilər. Fond ehtiyatlarını əlverişli diversifikasiya etməklə idarəetmədə baş verə biləcək zərəri minimumua endirə bilər. Bunun üçün Çin yuanının ehtiyatlara daxil edilməsi daha səmərəli olar. Bu ölkənin valyutası ötən il cəmisi 2,5 faiz ucuzlaşıb. Yuanın daxil edilməsi isə avronun payının azaldılması hesabına baş verə bilər. Çünki bütün proqnozlar avronun ucuzlaşmaqda davam edəcəyini göstərir. Proqnozlara görə, yaxın 3 ayda avro 1,14-a, ilin sonuna isə dollarla bərabərləşə bilər. Buna görə avronun payının 20-25 faizə endirilməsi düzgün olardı. Rusiyadakı aktivlərdən imtina barədə düşünmək yaxşı olardı”.
Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Fondunun 2015-ci il üçün büdcə layihəsi müzakirə olunub. İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2015-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirlərinin 10 246 611,9  min manat, xərclərinin 11 813 909,2 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 33 318,0min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb. Müvafiq olaraq Fondun 2015-ci il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün dövlət başçısına təqdim olunması tövsiyə edilib.(Musavat.com)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft bahalaşdı

Next Post

“Müsavat bitib…”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

“Müsavat bitib...”

Ermənistanda kütləvi həbslər: məşhur rejissor tutuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.