Dünya bazarında neft ucuzlaşıb.
Axar.az xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində VTI neftinin qiyməti 1 barrelə görə 0,33 dollar azalaraq 47,91 dollar təşkil edib.
İCE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,23 dollar azalaraq 49,96 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar ucuzlaşaraq 48,08 dollar təşkil edib.




