ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 1,04% azalaraq 1 barel üçün 74,24 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,17% azalaraq 71,53 dollar təşkil edib.





