"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Neftçala Rayon İcra Hakimiyyətindən Lerikə “qışlaq” SANKSİYASI

28 Oktyabr 2016 - 23:59
in SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

Neftçala Rayon İcra Hakimiyyətindən Lerikə “qışlaq” SANKSİYASI

 Neftçala Rayon İcra Hakimiyyəti və polis idarəsi Lerik fermerlərinə meydan oxuyur 
Yarım əsrdən çox idi ki, Lerik rayonunun qoyunçuluq təsərrüfatları payız başlayar-başlamaz qoyun sürülərini Neftçaladakı və Biləsuvardakı qışlaq ərazilərinə sürüb aparardılar. Hətta sovet dönəmində bu təsərrüfatlarda çalışan briqadirlərin, çobanların məktəbli uşaqları üçün təhsil ocaqları da yaradılırdı ki, onlar da kəmsavad, yəni savadsız qalmasınlar. Bu işlər o qədər dəqiq tənzimlənmişdi ki, Neftçalanın da, Biləsuvarın da dövlət strukturları və hüquq mühafizə orqanları hətta bu təsərrüfatlarda çalışan insanlara nəinki mane olur, əksinə, bütün vasitələrlə yardım göstərir, problemlərini həll etməyə çalışırdılar.
İndi, yəni qışlaq mövsümünün başladığı bu günlərdə Lerik rayonunun damazlıq qoyunçuluq təsərrüfatının rəhbərliyi, öz dövrünün tanınmış təsərrüfat rəhbərlərindən olan Meyxos müəllim, Lerikdə fəaliyyət göstərən fermerlərin hamısı həmən günləri ömürlərinin ən xoş anları kimi xatırlayrılar. Hələ üstəlik dərindən ah çəkib bunu da deyirlər ki, “Allah sənə qəni-qəni rəhmət eləsin Lenin baba, hayıf sənin qurduğun dövlətdən.”Bu nastolji hisslər lerikli təsərrüfat adamlarına bəzən elə güc gəlir ki, oturub o günlər üçün lap ağlamaq istəyirlər. Bil mərrə durub niyəsini və nə üçününü soruşsanız gərək mən də təfsilatı olduğu kimi danışım:
Miq.Az-ın araşdırmalarına görə, keçən əsrin ortalarında Lerik qoyunçuluq təsərrüfatlarının Neftçalada 18 min hektar, Biləsuvarda isə 5-6 min hektar qışlaq torpaqları var idi. Təsərrüfatlar yay qurtaran kimi sürüləri arana, yəni bu qışlaq torpaqlarına sürür, qış qurtaran kimi də dağa, yaylağa qalxırılar. Dədə-babadan qalan bu həyat tərzi minlərlə ailənin dolanışığında əsas rol oynayırdı və indi oynamaqdadır. Gələcəyi hələ bəlli deyil. Müstəqillik illəri başlayanda da vəziyyət beləcə davam edirdi. Hətta ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə islahatlar aparılandan sonra kolxoz və sovxozlar dağılsa da Leriklilərin qışlaq torpaqları yerində qalırdı. Çünki kolxoz və sovxozlar dağılmışdı, daha qoyunlar qırılıb qurtarmamışdı ki… İnsanlar yeni iqtisadi münasibərlərə alışıb çox az bir zamanda fermer təsərrüfatları yaratmağa başlamışdılar. Zarafat deyil, bu ilin iqtisadi göstəricilərində qeyd edilir ki, hazırda Lerik rayonunun fərdi və fermer təsərrüfatlarında 130 minədək qoyun var. Və bu heyvanların da ən azından 70 mini payız girən kimi qışlağa sürülür.
Bu qədər heyvan varsa deməli onların qışlağa ehtiyacları da qalır. Lakin bunlara baxmayaraq, beş-altı il əvvəl Neftçalanın icra strukturlarının rəhbərləri fürsəti fötə verməyib Lerik rayonunun təsərrüfatlarına ayrılmış qışlaq torpaq sahələrini almağa və “işbaz adamlara” satmağa qərar verdilər. İlk kəşfiyyat xarakterli bu “təcavüz” (buna başqa ad vermək olmur) çox çəkmədi. Fermerlər, Lerik rayon rəhbərliyi məsləyə qarışdı, dövlət başçısına şikayətlər və müraciətlər ünvanlandı. Yüksək səviyyədə müzakirəyə çıxarılsa ciddi tənbehlərin olacağı qaçılmaz idi.  Məsələnin belə ciddi rezonans doğuracağından qorxan icra başçısı bir qədər yumşaq variant seçərək leriklilərin qışlaq torpaqlarının 18 min hektarından 4 min hektarını əllərindən alıb, vəziyyəti sakit axara sala bildi. Amma məsələ bununla bitmədi.
Bu il Prezident İlham Əliyevin respublikada pambıqçılığın inkişafı ilə bağlı Sabirabad rayonunda keçirdiyi müşavirədə söylədiyi bəzi fikirlər Neftçalanın və elə Biləsuvarın icra başçılarının əlində yeni bir dəstəvuza çevrildi. Həmin müşavirədə dövlət başçısı sərt şəkildə bildirdi ki, “Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir.”
Prezidentin bu ifadəsindən və pambıq əkini sahələrinin genişləndirilməsi ilə bağlı tapşırıqlarından“vəcdə gələn” icra başçıları bu sözləri əllərində dəstəvuz edib, dövlət başçısının dediyi adamları deyil (çünki onlara gücləri çatmır) Lerikli fermerləri hədəfə aldılar və onlara ən qısa zamanda torpaq icarəsi haqqında müqavilələrinin ləğv ediləcəyi və sürüləriniqışlağa gətirməməkləri ilə bağlı məktublar ünvanlamağa başladılar.  Maraqlı məqam ondan ibarətdir ki, Neftçala İcra hakimiyyətinin bu sanksiyaları məhz qışlaq mövsümünün başlandığı günlərə təsadüf etdi.
Bu yazını hazırlayarkən, Prezidentin müşavirədəki çıxışında həqiqətənmi Neftçala icra hakimiyyəti başçısının sanksiyalarına əsas olub-olmadığını aydınlaşdırmaq üçün, mətni təkrar oxudum və yenə o qərara gəldim ki, bəzi icra başçıları dövlət başçısının strateji xəttini ya başa düşmürlər ya da bundan sui istifadə etmək üçün özlərinə lazım olan məqamı götürüb gerisinə əhəmiyyət vermirlər. Cənab İsmayıl Vəliyev, axı prezident, təkcə Sabirabaddakı müşavirədə deyil, bütün toplantılardakı çıxışlarında qeyd edir ki, “Bizim qarşımızda duran vəzifələrdən biri ərzaq təhlükəsizliyini təmin etməkdir”. Prezident elə Sabirabaddakı çıxışında deyir: “Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik. Ona görə bizim əsas məqsədimiz bu məsələlərlə bağlı idi və deyə bilərəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həlli işində çox böyük nailiyyətlər var.”
Və bütün bu nailiyyətlərin əldə edilməsində fermerlərin böyük əməyi olduğunu da dövlət başçısı diqqətə çatdırır və hətta onlara dövlət dəstəyininin verildiyini bildirir:“Son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilmişdir…Fermerlərə subsidiya şəklində 200 milyon manata yaxın vəsait verilir.”
Yox, bunların əsas gətirdikləri odur ki, “biz bu yerlərdə pambıq əkəcəyik”. Qardaş, əkin də, məgər sovet dövründə 50 min hektarda pambıq əkmirdiz. Onda qışlaq torpaqlarındamı pambıq əkirdiniz! Kimin başına ip salıb fırladırsınız?
 Miq.az olaraq, yazımızı bununla bitirmək fikrində deyilik. Yəni bu materalin davamı olacaq. Biz aşağadakı suallara cavab tapan kimi yazının davamını sizə təqdim edəcəyik.
 ANONS
“Daha qışlaqdan gözünüzü çəkin” deyən Neftçala İcra Hakimiyyətinin rəhbərliyinin Lerik fermerlərinə tətbiq etdiyi bu sanksiyası hardan qaynaqlanır?
Pambıq əkini üçün 3 min hektar torpaq lazımdırsa fermerlərdən on minlərlə hektar torpağı niyə zorla alırlar?
Lerikin fermer təsərrüfatlarının qışlaq torpaqlarına göz dikən kimlərdir?
Prezidentin ərzaq proqramı və kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrini kim və nə üçün sabotaj edir?
Kənd təsərrüfatı nazirliyi niyə hələ də susur? Qış gəlib qapını kəsdirəndə qırılan mal-qaranın ziyanını kim çəkəcək?
Burda deyirlər ki, Əlbir olub bir ayı bir şir ilə… məsəli yada düşür.
Qışın oğlan çağında Lerikli fermerləri qışlaqlardan nə üçün məhrum edirlər?
Niyə məhz Lerik fermerləri bu “cəzaya” məhkum edilirlər?
Ərşad Ağayev
Sevinc Muradxanlı
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Moskvadan İrəvana mesaj: Aprel təkrarlana bilər…

Next Post

Peyğəmbərin qəbri açıldı – VİDEO

Bənzər yazılar

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

19 Fevral 2024 - 20:25

COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması üçün xüsusi fürsət...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

29 Avqust 2021 - 23:58

Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev Xalq Cəbhəsi.az saytında cavab...

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

26 Avqust 2021 - 11:48

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Elchi.az saytının baş redaktoru Əli Həziquliyevin Publika.az-a müsahibəsi: - Əli bəy, Əli Həsənovun intim...

Next Post

Peyğəmbərin qəbri açıldı - VİDEO

Azərbaycan Teatrının “DEFOLT” əzabı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.