Azərbaycan kubokunda 1/4 finalda ən çox iştirak edən komandalar müəyyənləşib.
30-cu dəfə təşkil olunan yarışda yalnız “Neftçi” heç vaxt 1/4 finaldan kənar qalmayıb.
Bu raundda 30 dəfə oynayan Bakı klubunu “Qarabağ” izləyir. Ağdamlılarsız yalnız yeddi 1/4 final olub.
İlk “üçlüy”ü “Keşlə” qapayır. Bakılılar 19-cu dəfə bu mərhələdə mübarizə aparacaq.
“Top-11”dəki klublardan 6-sı cari mövsümdə də mübarizə aparır. “Üçlük”dəkilərdən başqa “Qəbələ”, “Zirə” və “Sumqayıt” da bu siyahıdadır.
1. “Neftçi” – 30
2. “Qarabağ” – 23
3. “Keşlə” – 19
4. “Bakı” – 15
5-6. “Kəpəz” – 14
5-6. “Qəbələ” – 14
7. “Xəzər Lənkəran” – 12
8. “Turan” – 10
9-11. AZAL – 7
9-11. “Sumqayıt” – 7
9-11. “Zirə” – 7





