Dekabrın 4-də “Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğının söndürülməsi prosesi davam edir.
Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. Hadisə nəticəsində itkin düşənlərin axtarışlarına gəlincə, nazir müavini bildirib ki, bu istiqamətdə də işlər aparılır: “Hadisə nəticəsində itkin düşənlərin axtarışlarına vertolyot və təyyarələr də cəlb edilib. Axtarışlar davam etdirilir”.
FHN-nin nazir müavini bildirib ki, axtarışlar heç bir nəticə verməyib: `Axtarışlar başlayandan bu günə qədər dayandırılmayıb. Hər gün axtarışlar aparılır. Həmçinin axtarışlara Dövlət Sərhəd Xidmətinın 2 helikopteri və gəmiləri cəlb olunub. Qonşu dövlətlərə də məlumat verilib axtarış işlərində bizə köməklik göstərirlər`.




